t s

» » ŞƏHİD ADİL TATAROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN TURNİRİ KEÇİRİLDİ

ŞƏHİD ADİL TATAROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN TURNİRİ KEÇİRİLDİ

5-09-2018, 18:18 Yazar:  Məmməd Məmmədov Baxılıb: 375 Çap et
ŞƏHİD ADİL TATAROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN TURNİRİ KEÇİRİLDİ
Bu ilin may ayının 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra "Şücaətə görə", Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Adil Əli oğlu Tatarovun xatirəsinə həsr olunmuş idmanın əlbəyaxa döyüş növü “Karate-do” üzrə açıq Ağstafa rayon birinciliyi keçirildi.

Şəhidin təhsil aldığı Qıraq Kəsəmən kənd tam orta məktəbin idman zalında təşkil olunan tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, şəhidin atası Əli Tatarov, anası Şükufə Tatarova və digər ailə üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Turnirə ağstafalı idmançılarla yanaşı Bakı və Gəncə şəhərlərindən, Göygöl, Şəmkir, Tovuz və Qazax rayonlarından olan yeniyetmə və gənc idmançılar da qatılıblar.

Turniri giriş nitqi ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı ilk öncə Adil Tatarovun timsalında bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini xahiş etdi. İcra başçısı Adil Tatarovun keçdiyi şərəfli döyüş yolundan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ökəmizin ordu quruculuğundan və hərbi qüdrətindən geniş bəhs etdi. Öz çıxışlarında şəhidin valideynləri Adilin də hər zaman idmanla məşqul olduğunu və bu cür tədbirləin təşkili onun ruhunu şad etdiyini qeyd etdilər. Şəhidlərə və onların doğmalarına göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə etdilər. Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli bildirdi ki, bu cür tədbirləin təşkili gənc nəslin sağlam təlim-tərbiyəsinin formalaşması və hərbi vətənpərvəik ruhunun yüksəldilməsində müstəsna təsirə malikdir.

Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən komanda hesabında 1-ci yerə Gəncə şəhər, 2-ci yerə Ağstafa, 3-cü yerə isə Qazax rayonları layiq görüldülər. Qaliblər müvafiq medal və diplomlarla təltif olundular.

ŞƏHİD ADİL TATAROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN TURNİRİ KEÇİRİLDİ
ŞƏHİD ADİL TATAROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN TURNİRİ KEÇİRİLDİ
ŞƏHİD ADİL TATAROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN TURNİRİ KEÇİRİLDİ






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
14:27 Şəhid Adil Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib Şəhid əsgər Adil tatarovun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı mayın 23-də ailəsinə təqdim olunub. Mediaxeberleri.az xəbər verir ki, bununla əlaqədar Ağstafa rayonunda keçirilən mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani medalın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az