t s

» » Tənha Bulud Sağam hələ də

Tənha Bulud Sağam hələ də

3-09-2018, 21:58 Yazar:  Ilkin Baxılıb: 113 Çap et
Tənha Bulud     Sağam hələ də

Həsrətin öyrətdi dözümü mənə,
Açdırdı qəlbimin gözünü mənə.
Tanıtdı qəhrəman üzümü mənə,
Səbrimlə möhtəşəm dağam yenə də,
Çatlaq ürəyimlə sağam hələ də.

Ruhumla ruhuna qarışmışam mən,
Bu sirri Rəbbimdən soruşmuşam mən,
Eşqdə mələklərlə yarışmışam mən,
Səbrimlə möhtəşəm dağam yenə də,
Çatlaq ürəyimlə sağam hələ də.

Hicran dumanında xəyalım itər,
Mən ki divanəyəm Leyladan betər,
Sevda gülü əksəm,tukanlar bitər...
Səbrimlə möhtəşəm dağam yenə də,
Çatlaq ürəyimlə sağam hələ də.

Tənha Bulud,leysanmısan,selmisən?
Sən vəfadan yonulmuş heykəlmisən?
Eşqin Minasına qurban gəlmisən?
Səbrimlə möhtəşəm dağam yenə də,
Çatlaq ürəyimlə sağam hələ də.










www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:31 Tamara Rüstəmova /Tənha Bulud/ Simurq kimi.............. Bu eşq intihardır göz görə-görə, Bu eşq intihardır göz görə-görə, Yanıb Simurq kimi kül olmalıyam. Bir ölməz ,əbədi eşqin yolunda Yenə küllərimdən doğulmalıyam. Səbrimlə dözümüm oldu həmdəmim, Ağır imtahandan keçməliyəm mən. Bu dərdli günündə sənə nə deyim? Ən doğru
12:23 Gülnarə Sadiq: "Ümid" Onunla tanış olanda gözlərindəki qığılcımdan hiss etdim ki, qarşımda dayanan 10 yaşlı bir məktəbli yox, dünya görmüş, püxtələşmiş bir kişi var. Onu tanıdıqca, buna əmin oldum. -Gülü müəllimə, (şagirdlərimin çoxu adımı qısaldıb mənə Gülü müəllimə deyirlər) siz həm də yazıçısız eləmi? -Bəli,
09:05 “İçində 170 min olan çantanı Hicran Hüseynovanın stolunun üstünə qoydu” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və sabiq Aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min manatlıq rüşvət qalmaqalı davam edir. Vəkil Adəm Məmmədov müvəkkili Eynur Kərimovun iddiaları barədə bəzi detalları açıqlayıb. Bildirib ki, E.Kərimov icra
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa
15:17 MTN-dən dövlət sirri haqqında — YENİ QƏRAR Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Dekabrdan qüvvəyə minən qərarı milli təhlükəsizlik naziri vəzifəsini icra edən Mədət Quliyev imzalayıb. Qərara

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az