t s

» » Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş keçirib

Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş keçirib

3-09-2018, 21:47 Yazar:  Gülnar Baxılıb: 83 Çap et
Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, ənənəvi olaraq, yüksək bal toplayanlarla görüş keçirir və onları qazandıqları uğura görə təbrik edir.

Fonddan AZƏRTAC-a bildiriblər ki, belə görüşlərdən biri Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilib. Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd orta məktəbinin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü və Bilik Fondunun təşkilatçılığı ilə rayonun yüksək bal toplayan tələbələri, onların valideynləri, icra hakimiyyəti nümayəndələri, müəllimlər və yaxın bölgələrdə fəaliyyət göstərən jurnalistlər “dəyirmi masa” ətrafına toplaşıblar.

Ü.Fərzəliyev fondun gənclər və yeniyetmələrlə birgə həyata keçirdiyi layihələrdən danışıb, gələcəkdə yerli nümayəndələrin fəaliyyətində intensivliyin və səmərəliliyin artırılması məqsədilə hazırlanmış planın icra mexanizmlərini diqqətə çatdırıb. Bildirilib ki, Bilik Fondu gənclərlə daha sıx əlaqələrin qurulmasının vacibliyini əsas götürərək dərnək və klublar təsis edib, bu çərçivədə mühüm işlər görülüb.

Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Bağırov rayon rəhbərliyinin təhsilin inkişafı istiqamətində dövlət səviyyəsində həyata keçirilən islahatlara dəstək verdiyini, şagirdlərin yüksək dərəcədə təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı. Fondla yerli icra hakimiyyəti arasında geniş əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edən E.Bağırov rayon gənclərinin bu il ali məktəblərə qəbulolma səviyyəsinin statistikasını açıqlayıb.

Əməkdar müəllim Seyran Səfərov nəinki Neftçala rayonunun, bütövlükdə ölkənin yüksək bal toplayan gəncləri ilə fəxr etdiyini deyib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu “Seçdiyiniz peşəni sevin” mövzusunda məruzəsində bilikli və bacarıqlı mütəxəssisə çevrilməyin vacibliyindən və bu mərtəbəyə yüksəlməyin yollarından danışdı. Fondun fəaliyyətindən söz açan mətbuat katibi tələbələrin təmsil olunduqları “Gənc jurnalistlər”, “Tariximizi öyrənək və öyrədək”, bu yaxınlarda fəaliyyətə başlayacaq “Diplomatlar”, “Kinoklub”, bu görüşün davamı olaraq hazırlanacaq “İntellekt” klublarının mahiyyəti barədə fikirlərini açıqlayıb. Diqqətə çatdırılıb ki, “İntellekt” klubunda xüsusən ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr təmsil olunacaqlar.

Orta məktəbi qızıl medalla bitirən gənclər – Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Raya Səfərova, Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Sevil Qarayeva, şəhər 4 nömrəli tam orta məktəbin məzunu Rəsul Əliyev müəllimlərə və valideynlərə çəkdikləri əziyyətə görə dərin minnətdarılıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. Məzunlar belə görüşlərin mütəmadi keçirilməsini arzulayıblar.

Sonda Heydər Əliyev Muzeyinə ekskursiya təşkil edilib. Tələbələr ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar. Onlara Ümummilli Liderin keçdiyi şərəfli ömür yolu barədə geniş məlumat verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az