t s

» » Əliyev-Putin görüşü: Qarabağla bağlı irəliləyiş gözlənilir

Əliyev-Putin görüşü: Qarabağla bağlı irəliləyiş gözlənilir

1-09-2018, 09:03 Yazar:  Məmməd Məmmədov Baxılıb: 88 Çap et
Əliyev-Putin görüşü: Qarabağla bağlı irəliləyiş gözlənilir
Bu səfər Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Bu sözləri Axar.az-a Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert liderlərinin görüşünün maraqlı bir vaxta təsadüf etdiyini bildirib:


“Çünki Moskva hazırda Cənubi Qafqazda yalnız Bakı ilə konstruktiv dialoq aparır. Ermənistanla ümumiyyətlə bu cür dialoq mövcud deyil. Çünki Paşinyan hökuməti Moskvanın şərtlərini yerinə yetirmir. Bu, reallaşmayınca Rusiya Ermənistanla dialoq aparmaq niyyətində deyil. Faktiki olaraq Moskva yalnız Bakı ilə münasibətlər qurur və bu da öz bəhrəsini verir. Baxın, ayın əvvəlində Xəzəryanı ölkələrinin sammitində Konvensiya imzalandı. Bu da Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir”.

Politoloq hesab edir ki, Azərbaycanla Rusiya arasındakı iqtisadi dialoq da olduqca səmərəlidir:

“İkitərəfli ticarət dövriyyəsi yüksək səviyyədədir. Əgər rəqəmlərə nəzər salsaq, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi təxminən iki milyard yarım dollar təşkil edir. Bu, Rusiyanın İranla, həmçinin Gürcüstan və Ermənistanla birgə ticarət mübadiləsindən iki dəfə böyükdür. Şimal-Cənub nəqliyyat dəhlizi ikitərəfli münasibətlərə kifayət qədər böyük təsir göstərir. Bundan başqa, Azərbaycan İranın iştirakı ilə Rusiya ilə üçtərəfli formatın yaradılmasına nail olub. Bu, birbaşa Azərbaycan prezidentinin təşəbbüsü ilə baş tutub. Hətta formatın ilk toplantısı 2016-cı ildə Bakıda, bir il sonra Tehranda keçirilib. Payız aylarında növbəti belə görüşün Moskvada keçirilməsi istisna edilmir. Görünən odur ki, format daxilində üçtərəfli iqtisadi münasibətlər inkişaf edir”.

Ekspert Soçi görüşündə regiondakı vəziyyətin də müzakirə olunacağını deyib:

“Dağlıq Qarabağ məsələsinin həlli gündəmdə olacaq. Hazırda çox paradoksal bir vəziyyət yaranıb. Baxmayaraq ki, Rusiyanın regiondakı müttəfiqi Ermənistandır, Moskva İrəvanla hərbi-siyasi və hərbi-texniki əməkdaşlıqla bağlı dialoqu demək olar ki, kəsib. Bu da KTMT ilə bağlı məlum səbəblərdən qaynaqlanır. Ancaq Rusiyanın Azərbaycanla siyasi, texniki sahədə dialoqu inkişaf edir və faydasını verir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı Bakı üçün arzuolunandır. Belə bir vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi prosesində müəyyən irəliləyişlər gözləniləndir. Bütün hallarda Azərbaycan geosiyasi baxımdan daha üstün mövqedədir. Ermənistan isə regionda çox pis vəziyyətdə qalıb. Bu da gələcəkdə İrəvan üçün böyük risklərin ərsəyə gələcəyindən xəbər verir”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 1-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az