t s

» » Zaxarçenkonu kim öldürdü? - Saxlanılanlar açıqladı

Zaxarçenkonu kim öldürdü? - Saxlanılanlar açıqladı

1-09-2018, 08:28 Yazar:  Məmməd Məmmədov Baxılıb: 146 Çap et
Zaxarçenkonu kim öldürdü? - Saxlanılanlar açıqladı
Qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko “Separ” restoranında baş verən partlayış nəticəsində öldürülüb.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Separatçıların "vergilər naziri" Timofeyev isə olay nəticəsində yaralanıb.

Qeyd edək ki, "Separ" restoranı Donetskdə yerləşir.

***

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü İvan Teterin hesab edir ki, A.Zaxarçenkonu Ukrayna hakimiyyəti öldürə bilər.

Teterin Zaxarçenkonun hər zaman Ukrayna siyasi dairələrinə narahatlıq yaratdığını bildirib.

“Kiyev üçün uyğunsuz şəxs idi. Ehtimal edilir ki, bu, Kiyevin işidir”, - deyə deputat bildirib.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zaxarçenkonun ölümündə Ukrayna tərəfinin əli olduğunu istisna etməyib.

***

A.Zaxarçenkonun ölümündə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Zaxarçenkonun müşaviri Aleksandr Kazakov deyib.

“Hazırda bölgədə fövqəladə vəziyyət elan edilib, sərhədlər bağlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq yaxalanıb”, - deyə bildirilib.

***

A.Zaxarçenkoya sui-qəsdlə bağlı saxlanılan şəxslər cinayətin Ukraynada planlaşdırıldığını bildiriblər.

Bu sözləri DXR-in müvəqqəti rəhbəri Dmitri Trapeznikov deyib.

“Hələ ki, sərhədlər bağlıdır. Saxlanılan bir neçə şəxs qətli Ukrayna diversiya qrupunun hazırladığını təsdiqləyib”, - deyə o bildirib.Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az