t s

» » Bakıda keçiriləcək Avropa Liqasının finalının loqosu təqdim olundu

Bakıda keçiriləcək Avropa Liqasının finalının loqosu təqdim olundu

31-08-2018, 14:03 Yazar:  Əsmər Baxılıb: 78 Çap et
Bakıda keçiriləcək Avropa Liqasının finalının loqosu təqdim olundu
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasimində iştirak edəcək.

Oxu.Az xəbər verir ki, o öncə Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə ev sahibliyi etməsi ilə bağlı açıqlama verib:

“Nüfuzuna görə ikinci ən böyük klublararası futbol turnirinin – UEFA Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil. 2012-ci ildə FIFA U-17 qızlar arasında dünya çempionatı, 2016-cı ildə isə UEFA U-17 Avropa çempionatı ölkəmizdə keçirilib. Amma söhbət bir mötəbər oyundan və çox nüfuzlu klub turnirinin final qarşılaşmasından gedirsə, təbii ki, UEFA Avropa Liqasının final matçı həm AFFA, həm paytaxtımız, həm də Bakı Olimpiya Stadionu üçün möhtəşəm bir ilkdir.


Bu oyunun ev sahibi hüququnun əldə olunması, hazırlıq işlərinin görülməsi prosesində dövlətimizin, xüsusilə Respublika Prezidenti cənab İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. Cənab Prezidentin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq davam edir.

İnanırıq ki, Bakıda keçiriləcək final oyunu UEFA Avropa Liqası turnirinin indiyə qədər keçirilmiş final qarşılaşmaları arasında ən yaxşılardan biri, bəlkə də birincisi olacaq. UEFA Avropa Liqası turnirinin bu gün keçiriləcək püşkatma mərasimi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki təmsilçimiz “Qarabağ” növbəti dəfə ölkəmizin futbol ictimaiyyətini sevindirərək qrup mərhələsinə vəsiqə qazanıb. Bu həm də o anlama gəlir ki, gələn ilin mayında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Qarabağ”ın da çıxış etmək şansı var. Bu, bizim böyük arzumuzdur.



Ölkəmizin futbolsevərləri ilə birgə “Qarabağ”ı finalda görmək arzumuzun gerçəkləşməsi ümidilə Avropa Liqasının bu mövsümünü daha fərqli həyəcanla izləyəcəyik. Düşünürəm ki, finalda hansı komandaların çıxış etməsindən asılı olmayaraq, azarkeşlər Bakıda əsl futbol bayramı yaşaya biləcəklər.

Bakı şəhərinin gözəlliyini görmək, Bakı Olimpiya Stadionunun əzəmətini hiss etmək istəyən komandalar Avropa Liqasının 2019-cu ildə keçiriləcək final qarşılaşmasına vəsiqə qazanmaq üçün səylərini əsirgəməyəcəklər. Mübarizə, gözəllik və əzəmət görmək istəyən komandalar, söz sizindir”.

Qeyd edək ki, bu gün Monakoda həm də yeni mövsümün finalına özəl hazırlanmış loqonun təqdimatı keçirilib. Loqoda təsvir edilən UEFA Avropa Liqasının kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələri ilə əhatə olunub.

Loqonun dizaynında paytaxtımızın Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa qitəsini və təbii ki, Bakı şəhərini əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir.

Azərbaycan dünyada “Odlar Diyarı” kimi tanınır. Bundan yola çıxaraq, loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilib.

“Buta” naxışı isə milli geyimlərimizdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində sıx istifadə edilir. Bundan ilhamlanaraq, UEFA Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlanıb.



Qeyd edək ki, Bakı 2019 Finalı üçün yeni mövsümün başlanğıcında təqdim edilən əsas dizayn elementlərindən də yararlanaraq hazırlanmış xüsusi loqo Bakı şəhərinin qədim və müasir xüsusiyyətlərini əks etdirir. Avropanın gələcək futbol turnirlərində və yarışlarında, eləcə də müxtəlif təqdimatlarda və reklam işlərində loqonun daha da təkmilləşdirilməsi qarşıya qoyulan məqsədlərdəndir.

Məlumat üçün bildirək ki, yeni loqonun brendiqi UEFA-nın marketinq tərəfdaşlığı, həmçinin TEAM Marketing AG və Turquoise brendinq agentliklərinin əməkdaşlığı ilə hazırlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
17:17 Bakı-2015 - Avropa Oyunları - Azərbaycanı tarixə yazacaq hadisə Politoloq Rufiz Qonaqov və jurnalist Rəfail Becanov “Bakı-2015: 1-ci Avropa Oyunları” ilə bağlı geniş məqalə ilə çıxış ediblər. Azərbaycan Birinci Avropa Oyunlarına hazırlaşır. 2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az