t s

» » "Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib"..." - GİLEY

"Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib"..." - GİLEY

31-08-2018, 12:18 Yazar:  Nuhu Baxılıb: 40 Çap et
"Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib"..." - GİLEYSakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticə yoxdur

Oğuzun Xaçmaz kəndinin sakinləri artıq 2 ilə yaxındır ki, su problemi yaşayırlar. Mediaxeberleri.az xəbər verir ki, Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri iddia edirlər ki, hər il yay aylarında eyni problemlə üzləşirlər.

Kənd sakini Dağlar Mehdiyev deyir ki, neçə ildir Xaçmaza su çəkilib, amma camaat susuzluqdan qırılır: "Bir çox evlərə, ümumiyyətlə su gəlmir, bəzi evlərə isə su əvəzinə lil gəlir. İnsanlar su ehtiyaclarını təmin etmək üçün dağ ətəyindəki bulaqdan və ya qonşu kəndlərdən içməli su gətirmək məcburiyyətində qalırlar. Dəfələrlə müraciət etmişik, hər dəfə boş vədlər verirlər, ancaq problem həllini tapmır".

Kəndin ağbirçək sakini Məlahət Cəbrayılova arx suyundan istifadə etməyə məcbur qaldığını bildirir: "62 yaşım var, su gətirə bilmirəm. Gəlinlər də körpə uşaqlıdır. Arxdan zibilli suyu yığıb gətiririk. Nə çay içə bilirik, nə xörək bişirə bilirik".

Qeyd edək ki, kəndə gələn su hövzəsindən həm kənd sakinləri, həm də mənbəyi açıq olduğu üçün heyvanlar istifadə edir. Nəticədə yaranmış antisanitar şərait sakinləri narahat edir. Su hövzələrinin və boruların əsaslı təmirə ehtiyacı var. Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsiz qalıb.

Bu il havaların quraqlıq keçməsi problemi daha da genişləndirib. Artıq nə həmin çirkli su hövzələrində su var, nə də çaylarda. Sakinlərinin dediklərinə görə, əlacları ancaq Allaha qalıb. "Nə qədər müraciət eləmək olar, nə qədər eyni problemi səsləndirmək olar" – deyə insanlar dad edirlər.

"Kənd yeridir, susuz həyat düşünmək olmur. Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib, bu yaxınlarda problem həllini tapacaq". Bu sözü artıq 3 ilə yaxındır ki, eşidirik" – deyir kənd sakini Elnur Əşrəfoğlu.

Bildirir ki, bu il susuzluqdan nə əkin qalıb, nə də bostan: "Göz görə-görə min bir əziyyətlə becərdiyimiz bostan da qurudu. Hansi ki, o bostan bu il üçün bizim ailənin azuqəsi idi".

Xaçmaz kəndində yardıma ehtiyacı olan bir neçə ahıl ailə var ki, onlar, ümumiyyətlə, çarəsiz və çıxılmaz vəziyyətdə qalıblar. Aidiyyatı qurumlara son müraciətlərində onlara axırıncı dəfə söz veriblər ki, məsələ tezliklə həllini tapacaq. Ancaq vəziyyət dəyişməyib, köhnə hamamdır, köhnə tas.

Sakinlər onu da iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır. Bundan başqa, ərazidəki çaylarda bənd vurulmaması və çay məcralarının təmizlənməməsi də hər dəfə sel gəldikdə xətlərin dağılması ilə nəticələnir.

Sputnik Azərbaycan-ın müxbiri məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oğuz Su Kanal İdarəsinə müraciət edib. İdarənin rəisi Akif Hümmətli məsələ ilə bağlı tam məlumatlı olduğunu bildirib. Qeyd edib ki, bir neçə ildir mövcud olan bu problemi aradan qaldırmağa çalışsalar da, hər dəfəsində nəticə uğursuz olub.

"Artıq bu barədə baş idarənin də məlumatı var və yaxın vaxtlarda Xaçmaz kəndinin dağlıq massivində, Çibinlik adlanan ərazisindən ümumi uzunluğu 2500 m məsafədən 280 mm diametrində yeni su xətti çəkiləcək. Bununla da problem aradan qaldırılacaq" — deyə A.Hümmətli bildirib.

A.Hümmətli əlavə edib ki, bütün su xətləri lillə doludur və suyun götürüldüyü mənbə dəfələrlə sel gəldiyi üçün yararsız vəziyyətdədir: "Hazırda müvəqqəti su təminatı üçün ərazidə iş gedir. Və problem tezliklə öz həllini tapacaq".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az