t s

» » Avropa Liqasında püşk atılır: "Qarabağ" III səbətdə

Avropa Liqasında püşk atılır: "Qarabağ" III səbətdə

31-08-2018, 08:01 Yazar:  Məmməd Məmmədov Baxılıb: 87 Çap et
Avropa Liqasında püşk atılır: "Qarabağ" III səbətdə
2019-cu ilin mayında finalı ilk dəfə Bakıda baş tutacaq UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq daha 21 komandanın adına aydınlıq gəlib.

Mediaxeberleri.az xəbər verir ki, sabah Bakı vaxtı ilə saat 15:00-da 32 komanda nümayəndəsinin iştirakı ilə püşkatma mərasimi keçiriləcək.

“Qarabağ” 20.500 əmsalla Çempionlar Liqasında uduzduğu BATE ilə birgə III səbətdə yer alıb. Bu isə o deməkdir ki, IV səbətdən “Qarabağ”a əmsalı aşağı olan nisbətən zəif komandalar düşəcək.

I səbət
“Sevilya” (İspaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə), “Zenit” (Rusiya), “Bayer” (Almaniya), “Dinamo” (Ukrayna), “Beşiktaş” (Türkiyə), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Vilyareal” (İspaniya), “Anderlext” (Belçika), “Latsio” (İtaliya)

II səbət
“Sportinq” (Portuqaliya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Marsel” (Fransa), “Seltik” (Şotlandiya), PAOK (Yunanıstan), “Milan” (İtaliya), “Genk” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Krasnodar” (Rusiya), “Astana” (Qazaxıstan), “Rapid” (Avstriya)

III səbət
“Betis” (İspaniya), “QARABAĞ” (AZƏRBAYCAN), BATE (Belarus), “Dinamo” (Xorvatiya), “Leypsiq” (Almaniya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Malmö” (İsveç), “Spartak” (Rusiya), “Standard” (Belçika), “Sürix” (İsveçrə), “Bordo”, “Ren” (hər ikisi Fransa)

IV səbət
“Apollon” (Kipr), “Rusenborq” (Norveç), “Vorskla” (Ukrayna), “Slaviya” (Çexiya), “Akhisar Bələdiyyəspor” (Türkiyə), “Yablonets” (Çexiya), AEK (Kipr), “Vidi” (Macarıstan), “Reyncers” (Şotlandiya), “Düdelanj” (Lüksemburq), “Spartak” (Slovakiya), “Sarpsborq” (Norveç).

Qeyd edək ki, püşkatma mərasimində Avropa Liqasının səfiri kimi Vəli Qasımov iştirak edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:53 Avropa Liqasında 46 oyun - Yenilənir Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək. Qol.az-ın məlumatına görə, mərhələnin bütün ilk oyunları eyni gündə keçiriləcək. "Qəbələ"ni ilk təsnifat mərhələsində mübarizədən uzaqlaşdıran "Proqres" (Lüksemburq) Macarıstanın "Honved" klubu ilə qarşılaşacaq. "Neftçi"ni ilk
15:07 Avropa Liqasında bütün 1/8 finalçılar bəlli olub – NƏTİCƏLƏR Avropa Liqasında bütün 1/8 finalçılar bəlli olub. Mediaxeberleri.az xəbər verir ki, turnirin 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Beləliklə, Avropa Liqasının 1/8 finalına MOİK (Rusiya), “Lokomotiv” (Rusiya), “Atletiko”, (İspaniya), “Dinamo” (Ukrayna), “Latsio” (İtaliya), “Viktoriya”
09:24 Avropa Liqasında püşk atıldı: Türkiyə-Rusiya "savaşı" olacaq Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşk atması keçirilib. Türkiyənin “Fənərbaxça” klubu Rusiyanın “Lokomotiv Moskva” klubuna rəqib olub. “Qalatasaray” isə İtaliyanın “Latsio” klubu ilə qarşılaşacaq. Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşacaq digər cütlüklər belədir:
09:47 ​"Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub - SİYAHI Siyahıda "Liverpul", "Ayaks" və "Latsio" kimi klubların adı var Ötən gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan iki Azərbaycan klubu - "Qarabağ" və "Qəbələ"nin potensial rəqibləri məlum olub. Mediaxeberleri.az xəbər verir ki, hər iki Azərbaycan klubu 4-cü səbətdə yer
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az