t s

» » Rasim Şıxızadə : "Ayağında torpaq Olum"

Rasim Şıxızadə : "Ayağında torpaq Olum"

30-08-2018, 20:27 Yazar:  Alim Baxılıb: 48 Çap et
Rasim Şıxızadə  : "Ayağında torpaq Olum"

Ağac, yenə güllənmisən,
ağ duvaqlı gəlin kimi.
Sənə baxıb nəğmə deyir,
ürəyimin sarı simi.
Rasim şıxızade
Budaqların qol uzadıb,
həsrət ilə göyə baxır.
Ruzulara bərəkətə,
dönə-dönə alqış yağır.
Ey müqəddəs, ey girami,
ürəyimin yox aramı.
Ağac, məni al qoynuna,
budağında yarpaq olum.
Əgər ki, yarpaq olmasam,
Ayağında torpaq olum.

Saatlarla seyr edərəm,
qarşısında pəncərənin.
Dəniz, könlüm vurğunudur,
səndə olan mənzərənin.
Sən ucasan, sən ülvisən,
sən abədi pir kimisən.
Hüdudları bilinməyən,
dünya boyda sirr kimisən.
Ey müqəddəs, ey girami,
ürəyimin yox aramı.
Dəniz, məni al qoynuna,
sularında gəmi olum.
Əgər ki, gəmi olmasam,
balıqların yemi olum.

Zirvə, kimin başı üstdə,
ildırımlar çaxa bilər?
Kim buludu eynək kimi,
gözlərinə taxa bilər?
Sənə yalnız Allah özü,
yuxarıdan baxa bilər.
Ey müqəddəs, ey girami,
ürəyimin yox aramı.
Zirvə məni al qoynuna,
bir alıcı quşa dönüm.
Əgər ki, quşa dönməsəm,
sinən üstdə daşa dönüm.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
11:44 Gün eynəkləri insanları kor edə bilər Saxta gün eynəkləri katarakta, sarı nöqtə və göz əti kimi xəstəliklərə səbəb olur... Gün eynəklərinin mövsümü başlayıb. Ultrabənövşəyi şüaların miqdarı qışa nisbətdə üç dəfə artıq olduğu üçün dərini və gözləri gündən qorumaq vacibdir. Hazırda optik mallar satışı ilə məşğul olan mağazalarda və
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az