t s

» » Azay Quliyev: "Dini radikalizmin Azərbaycana ixrac olunması bizi ciddi düşündürən məsələdir

Azay Quliyev: "Dini radikalizmin Azərbaycana ixrac olunması bizi ciddi düşündürən məsələdir

30-08-2018, 19:19 Yazar:  Məmməd Məmmədov Baxılıb: 96 Çap et
Azay Quliyev: "Dini radikalizmin Azərbaycana ixrac olunması bizi ciddi düşündürən məsələdir
"Bu gün Azərbaycanın ən öndə duran problemlərindən biri dini radikalizmdir. Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin Azərbaycana ixrac olunması bizi narahat edən bir məsələdir".

Bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Qeyri-hökumət təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib.

A. Quliyev bildirib ki, Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi ciddi düşündürən məsələdir.

O qeyd edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirici işlər aparılmalıdır: “Son illərdə Şura bu istiqamətdə 62 layihə maliyyələşdirib. Təklif edirəm ki, gələcəkdə Şura ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə qrant müsabiqələri keçirsin, digər fondların da maliyyə vəsaiti buraya cəlb edilsin və birgə koordinasiya həyata keçirilsin”.

A. Quliyev hesab edir ki, bu məsələdə cəmiyyətin, xüsusən qeyri-hökumət təşkilatlarının səfərbər olmasına ehtiyac var.

Şura sədri təklif edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılsın




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
12:50 Azərbaycanda nə dəyişdirilir? – REFERENDUM AKTI Bu gün Azərbaycanda referendum keçirilir. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən səsverməyə çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tam mətnini oxuculara təqdim edir: 1. 9-cu maddənin I hissəsi aşağıdakı
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:46 "Nardaranda cinayət törətmiş radikal təriqət üzvlərinin çoxu..." - Fuad Ələsgərov Nardaran olayları haqda Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi davam edir. Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə
10:53 “Azay Quliyev etimadı doğruldan 3 kadrdan biridir” Mahirə Əmirhüseynova: “O, QHT Şurasında saat mexanizmi kimi çalışan komanda formalaşdırıb” “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova son günlər QHT-lərə Dövlət Dəstəyi Şurasına və onun sədri, millət vəkili Azay Quliyevə qarşı aparılan “qara piar” kampaniyası ilə bağlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az