t s

» » Bakıda dəhşətli hadisə - 2 yaşlı uşağı bağçada döydülər ŞOK OLAY (VİDEO)

Bakıda dəhşətli hadisə - 2 yaşlı uşağı bağçada döydülər ŞOK OLAY (VİDEO)

30-08-2018, 18:13 Yazar:  Məmməd Məmmədov Baxılıb: 153 Çap et
Bakıda dəhşətli hadisə - 2 yaşlı uşağı bağçada döydülər ŞOK OLAY (VİDEO)
Sosial şəbəkələrdə iki yaşlı uşağın paytaxtın özəl bağçalardan birində döyülmə faktı ilə bağlı video yerləşdirilib.

Mediaxeberleri.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən “Nərgiz” uşaq bağçasında qeydə alınıb.

Azyaşlının atası Pərvin Şükürzadə deyib ki, azyaşlı oğlu danışa bilmir:

“Dostlar, başıma bəla gəlib. Xahiş edirəm, məsələnin ictimailəşməsində mənə yardım edin! İki yaşı yenicə olmuş oğlum Yasamaldakı “Nərgiz” özəl bağçasında zorakılığa məruz qalıb. Sonuncu dəfə onurğa nahiyəsindən üç dəfə yumruqla vurublar. Biz hüquq-mühafizə orqanlarına müraciət etmişik. Lakin bağça rəhbərliyi müxtəlif yollara əl ataraq işi ört-basdır etməyə çalışır.

Təsəvvür edin, hadisədən bir müddət keçməsinə baxmayaraq, körpəni döyən şəxs bağçada rahat işləməyə davam edir”.

P.Şükürzadənin sözlərinə görə, hadisə ötən ayın 21-də baş verib:

“Biz uşağın bədəninə baxanda orada göyərmələr gördük və həkimə müraciət etdik. Həkimlər dedilər ki, bu, yumruq zərbələrinin izidir. Bağçada bizə müşahidə kameralarına baxılmasına icazə verilmədi və səbəb göstərildi ki, guya saat 17:00-dan sonra heç nə yadda saxlamayıb. Çox güman ki, övladımı kameranın olmadığı yerdə döyüblər”.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:23 Bakirə “çıxmayan” gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT - Şəkidə DƏHŞƏTLİ OLAY Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Vazeh Musayev mütəmadi olaraq həyat
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az