t s

» » Etibar Cavad Səndən ötəri

Etibar Cavad Səndən ötəri

29-08-2018, 15:23 Yazar:  user1 Baxılıb: 91 Çap et
Etibar Cavad  Səndən ötəri
Dilsızın susqun dilini,
Bilirəm səndən ötəri,
Güldürür qəm mən dəlini,
Gülürəm səndən ötəri

Sən gül ki, bu dünya gülə,
Alışa qəlb coşqu ilə,
Sevinci hər bir kəs ilə,
Bölürəm səndən ötəri.

Öpürəm qan yaddaşımı,
Sis, duman sarır başımı,
Nisgilim cox, göz yaşımı,
Silirəm səndən ötəri.

Dərd- qəmin dolur gözümə,
Ürəyim baxmır sözümə,
Bayılıb qəmdən özümə,
Gəlirəm səndən ötəri.

Etibar məhəng daşıdı,
Həsrətin can yoldaşıdi,
Yoxluğun ömrün qışıdı,
Ölürəm səndən ötəri.

Etibar Cavad




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:32 Yeganə: "Bu həsrətin Allahı yox" SƏSLƏYİRƏM UZAQLARDAN Sığınmışam həsrətinə, Alışmışam xiffətinə, Kim nə deyir, desin mənə, Qorxmayıram yasaqlardan, Yoxluğundan doyub cana Səsləyirəm uzaqlardan. Xatirələr ələk-vələk, Hamsı həzin, hamsı kövrək, Tale qurub mənə kələk, Çəkinmirəm tuzaqlardan, Həsrətindən yana-yana Səsləyirəm
13:56 Xanəmir Telmanoğlu: "su gülün harasında soyuyar" ey dadi bidad danəndə dəhan dərviş d… gəlib dünyaya çatmayan gəlsə ürəyi bədənini dolaşan uşaqları cüyür mələrtisi məryəm təbəssümü doğmalı suların bədəni güldür gül suyun axarı güldür gül su gülün harasında soyuyar gül solanda at ağlayır dənizlər dəryalar azalır su gülün harasında soyuyar üzümə
14:29 Arzu GÖYTÜRK: "Mən tənha deyiləm, sirdaşımdı qəm" Arzu GÖYTÜRK (Dadaşova Arzu Ramiz qızı) 1981- ci ildə Qobustan rayonunun mərkəzində - Qobustan şəhərində (keçmiş Mərəzə) anadan olub. 1998-ci ildə H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı orta məktəbin 11- ci sinfini bitirib. Həmin il Sumqayıt Pedaqoji Seminariyasına qəbul olmuş, 2001- ci ildə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az