t s

» » Prezident İlham Əliyevin böyük uğuru - balanslaşdırılmış siyasi kurs

Prezident İlham Əliyevin böyük uğuru - balanslaşdırılmış siyasi kurs

28-08-2018, 09:02 Yazar:  Etibar SEYİDAĞA Baxılıb: 81 Çap et
Prezident İlham Əliyevin böyük uğuru - balanslaşdırılmış siyasi kurs
Zahid Oruc: “Dövlət başçısının yürütdüyü xarici siyasət strategiyası Azərbaycana qəti tələb kimi məsələlərin qarşısını alır”

Azərbaycanın yerləşdiyi bölgə və onun ətrafında geosiyasi mübarizə artıq xeyli vaxtdır kəskin fazaya keçib. ABŞ-İran qarşıdurması, ABŞ-Rusiya münasibətlərindəki gərginlik, Türkiyə-Amerika münasibətləri bölgəni dünyanın siyasi müharibə gedən bölgəsinə çevirib. Bir çox siyasətçilər hələ bu prosesin ilk vaxtlarında həyəcanlı şəkildə bildirirdilər ki, Azərbaycana seçim etmək şərti qəti şəkildə qoyulacaq-məsələn, Rusiya Azərbaycan qarşısında qəti tələb qoyacaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi Birliyinə qoşulsun. Yaxud da ABŞ Azərbaycandan İrana qarşı proseslərdə aktiv iştirak tələbini edəcək və sair. Sevindiricidir ki, hələ bu proqnozlar reallaşmayıb-Azərbaycan qarşısında qəti tələb qoyulduğu müşahidə edilmir. Azərbaycan bütün tərəflərlə normal münasibətlərdədir. Bəs, Azərbaycan prezidenti bölgədəki bu qədər gərgin geosiyasi münasibətlərin hökm sürdüyü bir vəziyyətdə buna necə nail ola bilib?

Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, bu gün bizim yerləşdiyimiz məkana Türkiyə-Amerika münasibətlərindən, İran-Amerika münasibətlərindən, Rusiya ilə Qərb arasındakı savaşdan və yaxud da postsovet məkanındakı qarşıdurmalardan böyük təhlükələr ixrac olunur. Bunu görməmək mümkün deyil: “Təbii ki, Moskva da istəyərdi biz onun səngərində Qərbə doğru atəş açaq, iqtisadi partnyorluğumuzu yalnız Kreml periferiyasında quraq, onun hərbi, siyasi birliklərində yer alaq. Türkiyə də oxşar istəklərdə bulunardı və öz arqumentlərinə görə haqlı olardı, tarixi səbəblər, milli və digər amillərdən çıxış edərək böyük bir türk qovşağının yaradılması üzərində addımlar atıla bilərdi. Eləcə də İran müxtəlif tarixi səbəblərdən Azərbaycanı öz cəbhəsində görməyə çalışardı və yəqin ki, bu yöndə də bağlı qapılar arxasında dövlət rəhbərinə təkliflər, müraciətlər edilməkdədir. Lakin İlham Əliyevi bir dövlət başçısı kimi, ondan da bir az irəli bölgədəki prosesləri diqqət mərkəzində saxlayan lider kimi xarakterizə edən başlıca keyfiyyətlər ondan ibarətdir ki, o, həmişə çalışıb ki, münasibətlərdə etibarlılığı əsas götürsün, müxtəlif ittifaqlara və bloklara qoşulmadan Azərbaycanın maraqlarını sürdürsün. Burdan başqa bir nəticə də doğa bilərdi ki, biz əgər həqiqətən də yalnız bir qütbə yuvarlanmış olsaq, məsələn, hətta hamının arzuladığı Türkiyə ilə vahid ittifaq qurulsa biz bölgədəki daşları necə yerindən tərpətdiyimizin fərqində olmalıyıq. Ona görə də obrazlı şəkildə mən belə deyərdim ki, Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb, Rusiya-Ermənistan münasibətləri heç vaxt indiki qədər pis olmayıb. Türkiyə-Rusiya münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb. İran-Azərbaycan münasibətləri heç vaxt indiki qədər normallaşma səviyyəsinə gəlib çatmayıb. Bütün bunlar İlham Əliyevin xarici siyasət uğurlarıdır. Bütün bunlarla yanaşı bizim Qərblə də münasibətlərimiz inkişaf eləməkdədir. Almaniya kansleri Angela Merkelin İlham Əliyevin prezidentliyinin dördüncü dönəmində Cənubi Qafqaza səfərində Azərbaycanı Almaniyanın ən mühüm iqtisadi tərəfdaşı adlandırması da üzərində xüsusi vurğu ediləcək bir bəyanatdır”.


Deputat qeyd etdi ki, bizə təzyiqlər, tələblər hər gün edilir. Ancaq Azərbaycan dövlətinin başçısının tutduğu xətt, yürütdüyü xarici siyasət strategiyası Azərbaycana münasibətdə qəti tələb kimi məsələlərin ortaya qoyulmasının qarşısını alır: “Bizim ölkəmizi satellit kimi təsəvvür eləmək mümkün deyil. Azərbaycan hər hansı bir dövlətin forpostuna çevrilməyi ağlına gətirmir. Azərbaycan öz mənafeləri üçün yarada bildiyi qövsü əldə hər zaman qoruyub saxlamalıdır. Hazırda İlham Əliyevdən başqa heç bir siyasi qüvvənin imkanları yoxdur ki, bu şəraiti təmin edə bilsin. 1993-cü ilə qədərki hakimiyyətlərin nümayəndələri tez-tez qeyd edirlər ki, onlara qarşı xaricdən təxribatlar, geopolitik seçim təzyiqləri mövcud idi və hətta bu təzyiqləri hərbi formada da həyata keçirirdilər, bu üzdən onların iqtidarları uzunömürlü olmadı. Burada sualı olunur ki, bəs 1993-cü ildən sonrakı dönəmlərdə hərbi çevriliş cəhdləri, təxribatlar dayanmışdı məgər? Cavab bundan ibarətdir ki, şübhəsiz hər bir hakimiyyətin gücü həm də regional maraqların beynəlxalq siyasi axınlarla uzlaşmasını tapmaqdır. Başqa tərəfdən də əgər müxtəlif dövlətlər arasında qlobal savaş gedirsə, burada impulsları dəqiq əldə saxlamağı bacarmaqdır. O cəhətdən cənab İlham Əliyev sözün həqiqi mənasında böyük bir regional liderdir. Ən azı həm də ona görə ki, bu bölgədən sabitlik digər məkanlara transformasiya olunur”.

Etibar SEYİDAĞA,




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az