t s

» » Fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” başlayacaq

Fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” başlayacaq

19-02-2015, 00:23 Yazar:  Aygün Baxılıb: 643 Çap et
Fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” başlayacaq Benilüks Azərbaycanlıları Konqresi (BAK) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” elan edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, “Xocalı həftəsi” çərçivəsində Benilüks ölkələrində - Belçika, Niderland və Lüksemburqda Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunan müxtəlif tədbirlər keçiriləcək. Rejissor Vahid Mustafayevin “Yaddaş” filmi, eləcə də Amsterdam və Rotterdam şəhərlərindəki Ana dili məktəbi şagirdlərinin hazırladığı “Faşizmə nifrət - Xocalıya ədalət” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək.

Fevralın 25-də BAK Gənclər Koordinasiya Şurasının üzvləri tərəfindən Niderlandın Amsterdam, Rotterdam, Haaqa, Haarlem, Tilburq, Utrext, Leeuvarden, Sneek və Heerenveen şəhərlərində məlumatlandırma aksiyasına start veriləcək. Aksiya çərçivəsində gənclər üzərində ingilis dilində “Ermənistan, Azərbaycana təcavüzdən əl çək!” sözləri yazılmış xüsusi geyimlərdə yerli əhaliyə Xocalı soyqırımı haqda məlumat verəcək, vərəqələr paylayacaqlar.

Fevralın 26-da Rotterdam şəhərində yerləşən Bakustraat küçəsində BAK üzvləri yanan şamlarla “Xocalı -23” aksiyası keçirəcəklər. Bundan başqa, Niderlandın milli qəhrəmanı, Medo ləqəbli azərbaycanlı Məmməd Məmmədovun barelyefinin, Brüsseldə isə Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması və digər tədbirlərin keçirilməsi planlaşdırılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:10 Azay Quliyev: “Ermənilər də Sarkisyanın cəzalandırılmasını tələb edir” “Diqqətimizi cəlb edən Sarkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiyaya qoşulmaları oldu” “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması
09:37 “Delfi” portalında Mehriban Əliyeva haqqında məqalə dərc edilib Azərbaycan haqqında rubrika “Delfi” portalının ən populyar rubrikalarından biridir. Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
01:01 Qaradağlı faciəsi - 23 il Ermənilər Xocavənddə əhalini xüsusi amasızlıqla öldürüblər Bu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 23 il ötür. Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və
18:51 Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın
12:54 Moskvada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək Təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq. Moskvada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az