t s

» » Çempionlar Liqasında "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasında "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub

23-08-2018, 08:11 Yazar:  Eldar Baxılıb: 178 Çap et
Çempionlar Liqasında "play-off" mərhələsinin ilk oyunlarına yekun vurulub
Futbol üzrə Çempionlar Liqasında "play-off" mərhələsinin ilk görüşlərinə yekun vurulub.

"Report" xəbər verir ki, ikinci oyun günündə də 3 oyun keçirilib.

Meydan sahiblərindən yalnız "Ayaks” qələbə qazana bilib. Hollandiya təmsilçisi Amsterdamda təşkil olunmuş matçda Ukraynanın "Dinamo” (Kiyev) komandası üzərində inamlı qələbə qazanıb - 3:1.

"Yanq Boyz" İsveçrədə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşdə erkən qol vursa da, elə ilk yarıdaca qapısında top görüb və nəticədə heç-heçə ilə kifayətlənib.

Nəhayət, "Videoton" Macarıstanda Yunanıstan AEK-inə 0:2 hesabı ilə uduzaraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə şanslarını çətinləşdirib.

Çempionlar Liqası, "Play-off" mərhələsi, ilk oyunlar

22 avqust

23:00. "Ayaks” (Hollandiya) – "Dinamo” (Kiyev, Ukrayna) - 3:1

Qollar: Donni van de Beek, 2. Hakim Ziyeş, 35. Duşan Tadiç, 43 - Tomaş Kendzyora, 16

23:00. "Videoton” (Macarıstan) – AEK (Yunanıstan) - 0:2

Qollar: Viktor Klonaridis, 34. Tasos Bakasetas, 49

23:00. "Yanq Boyz” – "Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1

Qollar: Kevin Mbabu, 2 - Mislav Orşiç, 40

21 avqust

23:00. BATE (Belarus) - PSV (Hollandiya) - 2:3

Qollar: Yasse Tuominen, 9. Aleksandr Qleb, 88 - Qaston Pereyro, 35 (penalti ilə). İrvinq Losano, 61. Donyell Malen, 89

23:00. "Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan) - 1:1

Qollar: Pitsi, 45+1 (penalti ilə) - Amr Varda, 76

23:00. "Srvena Zvezda” (Serbiya) – "Zaltsburq” (Avstriya) - 0:0

Qeyd edək ki, cavab görüşləri isə 28-29 avqustda təşkil olunacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:50 Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki, turun ilk oyun günündə üç görüş olub. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan
08:36 Çempionlar Liqasında bütün “pley-offçular” məlum oldu – NƏTİCƏLƏR Çempionlar Liqasında IIİ təsnifat mərhələsinə yekun vurulub. Mediaxeberleri.az-ın məlumatına görə, ikinci oyun günündə daha 14 qarşılaşma baş tutub. BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya) - 2:1 Qollar: Sinyeviç, 5, Staseviç, 46 - Şkoda, 44 İlk oyun – 0:1 APOEL (Kipr) - “Vitorul” (Rumıniya) -
21:24 “Yanq Boyz” 10 nəfərlə qaldı, “Qarabağ”dan erkən qol - Yenilənir Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək. Reynaldodan ikinci qol, “Qarabağ” qrupun astanasında! Səfərdə qazanılan minimal hesablı
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az