t s

» » Şamaxıda bir gündə iki dəfə zəlzələ oldu - YENİLƏNİB

Şamaxıda bir gündə iki dəfə zəlzələ oldu - YENİLƏNİB

30-03-2015, 20:17 Yazar:  Alim Baxılıb: 359 Çap et
Şamaxıda bir gündə iki dəfə zəlzələ oldu - YENİLƏNİB“Zəlzələdən sonra “afterşoklar”ın olması gözlənilir”.

Bu gün Şamaxıda ikinci zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 6 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İlk zəlzələ isə bu gün yerli vaxtla saat 14:54-də Pirquludan 13 km şimalda - Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, hazırda həmin ərazidə proseslər gedir. Onun sözlərinə görə, zəlzələdən sonra “afterşoklar”ın olması gözlənilir:

“Şamaxı ən aktiv zəlzələ zonalarından biridir və burada güclü zəlzələ ocaqları yerləşir. Ona görə də həmin zonada zəlzələnin baş verməsi əvvəldən gözlənilən idi”.

17.46

Bu gün Şamaxıda 4 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 14:59:01-da Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 7 km olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:19 Düşmən ölkənin şimal rayonlarında zəlzələ həyəcanı yaşanıb Ermənistanda zəlzələ olub. Martın 24-də axşam saatlarında baş verən yeraltı təkanlar Ermənistanın şimalında qeydə alınıb. Zəlzələnin episentrinin koordinatları – 40.98 şimal, 44.21 şərq uzunluq dairəsi göstərilir. Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində baş verib. Episentrdə
09:27 Qəbələ silkələndi - Yeraltı təkanın dərinliyi 12 km olub Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 19:49:38- -də Qəbələdən 20 km şimali-şərqdə qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.1, dərinliyi 12 km olub. Zəlzələ hiss edilməyib.
08:03 Azərbaycanda zəlzələ oldu Bu gecə Azərbaycanın Mingəçevir şəhərində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 02.12-də şəhər ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.0 bal olub. Zəlzələ 23 km dərinlikdə qeydə alınıb. Təkanlar hiss olunmayib.
08:34 Pakistanlıların yuxusu qaçdı Ölkədə baş verən 5,8 bal gücündə zəlzələ yerliləri təşvişə salıb Pakistanda güclü zəlzələ meydana gəlib. Pakistanın Battaqram əyalətində maqnitudası 5,8 bal gücündə qiymətləndirilən yeraltı təkanlar qeydə alınıb. Zəlzələ yerli vaxtla ötən gecə 22 radələrində baş verib. Pakistan Milli
08:05 Azərbaycanda zəlzələ oldu Azərbaycanda zəlzələ baş verib. Musavat.com-un Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 22:27-də Astara rayonundan 28 km şərqdə, Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanların maqnitudası

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az