t s

» » Qurban bayramı ilə əlaqədar Bakıda heyvan kəsimi üçün ayrılan YERLƏR

Qurban bayramı ilə əlaqədar Bakıda heyvan kəsimi üçün ayrılan YERLƏR

18-08-2018, 22:38 Yazar:  Firuzə Baxılıb: 183 Çap et
Qurban bayramı ilə əlaqədar Bakıda heyvan kəsimi üçün ayrılan YERLƏR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısını açıqlayıb.

Agentlikdən bildirilib ki, bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə Bakıın küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunan müvəqqəti kəsim düşərgələrində həyata keçirmək tövsiyə olunur.

Bildirilib ki, artıq bunun Bakı şəhərində və Abşeron rayonunda 33 yer müəyyənləşdirilib.

Bakı üzrə həmin yerlər aşağıdakı ünvanlarda yerləşir:

1. Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası),

2. 20-ci sahə (Badamdar şossesi)

3. Zığ yolu ("Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)

4. Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi,

5. Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (dördyol adlanan yer),

6. Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı), Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu")

7. Şərifzadə küçəsi 1969,

8. Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7,

9. M.Xiyabani küçəsi 10c

10. Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi),

11. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı),

12. "Qoç-ət" MMC , Lökbatan qəsəbəsi

13. M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi,

14. "Azər-Aqro" MMC ,

15. Yeni Bakı Neftayırma Zavodu dairəsi,

16. Əliyar Əliyev küçəsi 26 ("Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)

17. Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı,

18. Əlyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı)

19. Hövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)

20. Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi),

21. Qala qəsəbəsi Dəmiryol stansiyası ("Lambir” müəssisənin arxası),

22. Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC

23. Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə

24. Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi

25. Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı)

26. Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72

27. Sabunçu rayonu Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107

28. Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)

29. Ramana qəsəbəsi, Şuşa küçəsi

30. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi

31. Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC

32. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

33. Abşeron rayonu "Səhliyalı" MMC, Xırdalan şəhəri Quşçuluq massivi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:58 Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…” Qida Təhlükəsizliyi Agentliyi öz işinə ölkə əhalisini standartlara cavab verən ət və ət məhsulları ilə təmin etməklə başlamaq niyyətini açıqlayıb. Belə ki, yaxın zamanlarda Bakıda müasir standartlara cavab verən ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Ancaq bu, həm də Bakıda və ətraf
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:57 Heydər Əsədovun kadrı özünü toxunulmaz hesab edir... - Dövlət Baytarlıq Nəzarəti Xidmətində özbaşınalıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınmasına yönəldilmiş tədbirləri, korrubsiya qarşı barışmaz mövqeyi bir çox bu çirkaba bulaşan, “xalqıma xidmər edirəm” hay-küy salan bəzi məmurların artıq qorxulu yuxusuna çevrilsə də,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az