t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

17-08-2018, 19:17 Yazar:  İlham Hacalı Baxılıb: 1443 Çap et
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
Bu gün Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazax rayonunda uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunması yüksək səviyyədə təmin edilir. Bunun üçün rayonda yeni bağça binaları tikilir və yaxud da əsaslı şəkildə təmir olunur, bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilir. Bir sözlə, körpələr üçün hər cür yüksək şərait yaradılır.

Mediaxeberleri.az xəbər verir ki, son 2 ildə şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

Şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulan 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası da Ölkə Başçısının imzaladığı sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsi deməkdir.


Açılış mərasimində Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB aparatının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, valideynlər, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın kollektivini, bütün qazaxlıları təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, qarşıdan müqəddəs Qurban bayramı gəlir. Bu gün açılışını etdiyimiz bu yeni bağça istər müəlllimlər, istər valideynlər, istərsə də körpə balalar üçün əsl bayram hədiyyəsidir.

İcra başçısı bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı sərəncamlar olduğu kimi həyata keçirilir. Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən qarşıma məqsəd qoymuşam ki, rayonda olan bütün bağçalar əsaslı şəkildə təmir olunmalı və bağçalarda hər cür şərait yaradılmalıdır. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz bu istiqamətdə işlərə başladıq və uğurla da davam etdiririk. Rayon üzrə onüçüncü bağçadır ki, bu gün tam müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Bu il 5 bağça – Quşçu Ayrım, Bala Cəfərli, Canalı, şəhər 2 saylı və bu gün açılışını etdiyimiz 3 saylı bağça tam müasir tələblərə cavab verən bağçalar səviyyəsindədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç də geri qalmır. Bundan sonra çalışacağıq ki, bu ilin axırına kimi digər bağçalar da əsaslı şəkildə təmir olunsun.

Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Bunu istər bağçalardakı ərzaq təminatından, istərsə də yaradılan şəraitdən də aydın şəkildə görmək olar.

Sonda Rəcəb Babaşov bir daha xeyir-dua verərək bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən qonaqlardan Qazax rayon Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, QMİ-nin Qazax, Ağstafa və Tovuz rayonları üzrə qazısı İlham Süleymanov, əsaslı şəkildə təmir olunan bağçalardan şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Hicran Xəlilova, Canalı kənd uşaq bağçasının müdiri Mətanət Vəliyeva, Bala Cəfərli kənd uşaq bağçasının müdiri Güllər Kosayeva, Quşçu Ayrım kənd uşaq bağçasının müdiri Adilə Quluyeva çıxış edərək respublikamızda uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müəllim və valideynlər, bütün şəhər sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının uşaqlarla bağlı dövlət siyasətini yüksək səviyyədə həyata keçirdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar.

Yeni istifadəyə verilən şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Asya Alhüseynova və bağçanın tərbiyəçi müəllimi Kəmalə Sanıyeva çıxış edərək onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlıqlarını çatdırıblar. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı daim doğruldacaqlarını bildiriblər.

Valideynlərdən Rasim Carçıyev, Nazilə Sanıyeva, Aytən Müftizadə, Afaq Budaqlı da çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda uşaqlara göstərilən qayğıdan söz açıblar. Qeyd ediblər ki, Azərbaycanda cəmiyyətin ən zərif və kövrək nümayəndələri olan uşaqlara daim xüsusi diqqət, qayğı və nəvaziş göstərilir. Onların sağlam doğulub böyümələri üçün hər cür şərait yaradılır. Ulu öndər Heydər Əliyev uşaqlarla görüşlərinin birində demişdir: “Əziz uşaqlar, mən sizin aranızda olanda o qədər rahat oluram ki, heç ayrılmaq istəmirəm. Siz bilirsiniz ki, mənim də nəvələrim var. Ancaq, mənim üçün fərqi yoxdur. Mən öz nəvələrimi, öz uşaqlarımı, öz övladlarımı sevdiyim kimi sizi də sevirəm. Bütün Azərbaycan uşaqlarını sevirəm”. Bəli, bu gün biz valideynlər ümummilli liderin bu dəyərli sözlərini rayon rəhbəri Rəcəb Babaşovun simasında da aydın şəkildə görürük. Çünki o, icra başçısı kimi fəaliyyətə başladığı ilk gündən körpələrə qayğı ilə yanaşır, onları öz doğma nəvələri kimi bağrına basır, qayğıları ilə maraqlanır. Biz valideynlər, xüsusilə də nənə və babalar çox sevinirik ki, bizim balalara bu cür nəvaziş göstərilir. Biz də öz növbəmizdə bütün bunlara, xüsusən bu gözəl bağçanın tikilməsinə görə başda Respublika Prezdenti İlham Əliyev olmaqla Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, bütün əməyi keçən insanlara öz dərin minnətdarlığımızı bildiririk. Rayonumuzda bu cür bağça açılışlarının davamlı olmasını arzu edirik.

Sonra bağçada tərbiyə alan körpə fidanların ifasında rayonda görülən işləri özündə əks etdirən səhnəcik nümayiş olunub.
Uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar. Əsaslı təmirdən sonra bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 95 yerlik yeni bağçada ikisi böyük, ikisi orta və biri kiçik olmaqla, 5 qrup fəaliyyət göstərəcəkdir. Bundan əlavə, bağçada yüksək səviyyədə müdir otağı, tibb otağı, istilik otağı, musiqi otağı, anbar və mətbəx də inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən biri də odur ki, hər qrupun özünün ayrıca ayaqyolusu var. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub.

Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
20:57 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az