t s

» » Səlim Müslümovun qaynı işdən çıxarıldı, nazir müavinin qardaşına yüksək vəzifə verildi

Səlim Müslümovun qaynı işdən çıxarıldı, nazir müavinin qardaşına yüksək vəzifə verildi

12-08-2018, 17:38 Yazar:  Firuzə Baxılıb: 215 Çap et
Səlim Müslümovun qaynı işdən çıxarıldı, nazir müavinin qardaşına yüksək vəzifə verildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumda diqqətçəkən daha iki dəyişiklik aparıb.

Mediaxeberleri.az mia.az-a istinadən xəbər verir ki, Sahil Babayev bir neçə gün əvvəl Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevi vəzifəsindən azad edib. Artıq Ağalar Xasayevin yerinə təyinat da olub.

Qeyd edək ki, Ağalar Xasayev sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşıdır.

Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.

Xatırladaq ki, Cavid Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır.

Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:20 Sahil Babayev və təcrübəsiz komandası... Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq bir neçə dövlət qurumu ilə yanaşı, rəhbərlik etdiyi nazirlikdə də ciddi narazılıqla üzləşib. Mediaxeberleri.az “Reytinq”ə istinadən xəbər verir ki, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
14:45 Səlim Müslümov: “Torpaq, ev, avtomobil, nağd pul və…” Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adamları işdən çıxarılır Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir. Mia.az-a daxil olan məlumata görə, S.Babayevin əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və
09:38 İş adamı SKMF-in direktoru Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir: - “Məni qəbul etmir…” Mediaxeberleri.az xəbər veriri ki, əslən Salyan rayonundan olan iş adamı Həsənov Mirpaşa Əliqulu oğlu Azinforum.az-a müraciət edərək bildirib ki, uzun müddətdir Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə etibar etdiyi külli miqdarda pullunun taleyi ilə maraqlana bilmir.
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az