t s

» » Daha bir sayt bloklanıb, baş redaktor apelyasiya şikayəti verəcək

Daha bir sayt bloklanıb, baş redaktor apelyasiya şikayəti verəcək

12-08-2018, 17:20 Yazar:  Eldar Baxılıb: 116 Çap et
Daha bir sayt bloklanıb, baş redaktor apelyasiya şikayəti verəcək
Bu barədə Arqument.Az-a saytın baş redaktoru Azər Talıbov məlumat verib.
O bildirib ki, avqutsun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə saytın fəaliyyəti məhdudlaşdırılıb.
Baş redaktor bu qərardan apelyasiya şikayəti verəcəyini deyib.
Az24saat.org və “Xural.com” saytlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.
Bu barədə baş redaktorlara vəkil məlumat verib.
Şikayətdə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və saytlara girişin məhdudlaşdırılmasının aradan qaldırılması tələb edilib.
Xatırladaq ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.
Avqustun 8-də isə Səbail Rayon Məhkəməsi “Arqument.Az” və “Xural.com” saytları bloklanıb.
Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə əsasən avqustun 10-da Arqument.az saytına girişin məhdudlaşdrılması barədə qətnamə ləğv edilib.
2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
00:00 Əflatun Amaşov: “Dəyişikliklər ilk növbədə jurnalistika üçün faydalıdır” Milli Məclisin bu günkü plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlar müzakirə olunub. Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov layihələr barədə çıxış edib. Musavat.com çıxışın mətninin təqdim edir: Mən həm
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az