t s

» » Yenigundem.az informasiya portalı 1 yaşını qeyd edir

Yenigundem.az informasiya portalı 1 yaşını qeyd edir

10-08-2018, 10:01 Yazar:  Firuzə Baxılıb: 82 Çap et
Yenigundem.az informasiya portalı 1 yaşını qeyd edir
Bu gün Yenigundem.az informasiya portalının 1 yaşı tamam olur.

Ötən il avgustun 10-da fəaliyyətə başlayan portal bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

Portalın baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində “Yenigundem”-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”.

Təbriz Məhərrəmoğlu onu da bildirib ki, qarşıdakı müddətdə “Yenigundem” öz fəaliyyətini daha da genişləndirəcək: “Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək”.

Mediaxeberleri.az olaraq biz də öz təbriklərimizi dilə gətirərək deyirik:

Müasir dövrdə bildiyiniz kimi sabit auditoriyaya malik olmaq elə də asan məsələ deyil. Çünki hazırda informasiya portalları və saytlar arasında ciddi rəqabət gedir. Yenigundem.az saytı isə bu sınağa tab gətirərək, Azərbaycan informasiya məkanında özünəməxsus yeri tuta bilib. Sayt rəhbərliyi və orada çalışan həmkarlarımı təbrik edir, arzulayıram ki, daha böyük rəqəmli yubileyləri qeyd etsin və ölkəmizin informasiya məkanında hər zaman bu cür parlaq və özünəməxsus mövqeyi ilə seçilsin”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:21 Xalqxeber.az 6 yaşını qeyd edir Xalqxeber.az informasiya portalının 6 yaşı tamam olur. Azərbaycan dilində fəaliyyət göstərən sayt ötən 6 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az