t s

» » Abşeron Gənclər Şəhərciyində sayğac anormallığı- Elektrik sayğacları abonentlərdən gizlədilib

Abşeron Gənclər Şəhərciyində sayğac anormallığı- Elektrik sayğacları abonentlərdən gizlədilib

9-08-2018, 08:37 Yazar:  Gülnar Baxılıb: 81 Çap et
Abşeron Gənclər Şəhərciyində sayğac anormallığı- Elektrik sayğacları abonentlərdən gizlədilib
Abşeron gənclər şəhərciyində elektrik sayğacları binaların zirzəmisində quraşdırılıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Avropa.info-ya Abşeron gənclər şəhərciyinin bir qrup sakini bildirib.

Sakinlər qeyd edirlər ki, sayğaclar əvvəllər binaların blokundakı pilləkən meydançasında olub. Sonradan hansısa bilinməyən səbəblərdən sayğaclar sökülərək, zirzəmilərə daşınıb: “Bu da abonentlərin sayğaclara nəzarət etmək imkanlarını məhdudlaşdırır. Çünki zirzəmilərin qapıları hər zaman qıfılla kilidli olur”.

Məsələ ilə bağlı danışan “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, sayğaclar Abşeron gənclər şəhərciyinin MTK rəhbərliyinin rəhbərliyinin məsləhəti ilə zirzəmilərə köçürülüb. MTK rəhbərliyi bu təşəbbüsü pilləkən meydançalarında sayğacları uşaqlardan qorumaq üçün irəli sürülüb.

Xatırladaq ki, sayğacların binaların zirzəmilərində quraşdırılması texniki göstəricilərlə bağlı qaydaların kobud şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə görə, elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

Sakinlər son günlər elektrik sərfiyyatına görə qəbzlərdə ikiqat məbləğin yaranmasından da narazılıq ediblər. Onlar bildiriblər ki, əvvəlki aylarda iki nəfər ailə üzvünün yaşadığı mənzildə elektrik sərfinə görə 6-7 manat işıqpulu ödəyirdilərsə, bu ay həmin məbləğ məlum olmayan səbəbdən iki dəfə artıb: “Sayğacların göstəricilərini müşahidə etmək imkanımız olmadığından ordakı rəqəmlərdən xəbərimiz olmur”.

Bu məsələyə də münasibət bildirən Tanrıverdi Mustafayev deyib ki, hər bir abonentə istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə bildiriş verilir.

“Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin məsələ araşdırılsın”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:12 “Azərişıq” yüz minlərlə abunəçini necə aldadır? – ARAŞDIRMA “Azərişıq” ASC tərəfindən yüz minlərlə, bəlkə də milyonlarla istehlakçının hüquqları mütəmadi olaraq pozulur. Hüquqları pozulmuş oxucuların redaksiyaya ünvanlandığı şikayət məktublarında bildirilir ki, ödəniş müddəti başa çatmamış elektrik enerjisinin verilməsi borc səbəbi ilə dayandırılır.
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az