t s

» » Ermənistan baş prokurorluğu Köçəryanı zaminə buraxmaqdan imtina etdi

Ermənistan baş prokurorluğu Köçəryanı zaminə buraxmaqdan imtina etdi

9-08-2018, 08:12 Yazar:  Gülnar Baxılıb: 93 Çap et
Ermənistan baş prokurorluğu Köçəryanı zaminə buraxmaqdan imtina etdi
Ermənistan baş prokurorluğu keçmiş prezident Robert Köçəryanın zaminə buraxılması ilə bağlı parlamentin 40-dan çox deputatının imzaladığı müraciətə cavab verib.

Musavat.com "RiaNovosti" agentliyinə istinadən xəbər verir ki, Baş prokurorluğun ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Arevik Xaçatryan həmin müraciətə baxıldıqdan sonra rədd cavabının verildiyini açıqlayıb.

“Köçəryanla bağlı həbs qətimkan tədbirinin dəyişdiriməsi barədə verilən vəsatət təmin olunmayıb. Təhqiqat davam etdiyi müddətdə Robert Köçəryanın istintaq təcridxanasında saxlanılması üçün ciddi əsaslar var. Başqa cür araşdırmanın ardıcıl və maneəsiz gedişini təmin etmək mümkün deyil”, - Arevik Xaçatryan qeyd edib.

Xatırladaq ki, Köçəryan 2008-ci ilin martın 1-də Serj Sərkisyanın saxta yolla prezident seçilməsinə etiraz etmək üçün təşkil olunan nümayişləri qeyri-qanui olaraq amansız şəkildə yatırmaqda (həmin hadisələrdə azı 8 nəfər ölüb) və bununla ölkənin konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunur.

Qeyd edək ki, bu iş çərçivəsində Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutunyan və o dövrdə İrəvan qarnizonunun rəisi olmuş Yuri Xaçaturova qarşı da ittiham irəli sürülüb.

Y.Xaçaturov KTMT baş katibi olması səbəbindən həbs olunmaqdan güclə canını qurtara bilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az