t s

» » Xəzərin statusuna dair sammitin gündəliyi açıqlandı

Xəzərin statusuna dair sammitin gündəliyi açıqlandı

9-08-2018, 08:10 Yazar:  Gülnar Baxılıb: 56 Çap et
Xəzərin statusuna dair sammitin gündəliyi açıqlandı
Aktauda keçiriləcək Xəzəryanı dövlətlərin sammitində Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulundan başqa daha 6 hökumətlərarası sazişin imzalanması gözlənilir.

Bunu “Kommersant” qəzetinə müsahibəsində Rusiya XİN başçısının müavini Qriqoriy Karasin deyib.

Beş sahilyanı dövlətin rəhbərləri Xəzərin hüquqi statusu ətrafında uzun illər davam edən müzakirələrə yekun vurmaq üçün avqustun 12-də Qazaxıstanda bir araya gələcəklər.

Sammitin yekun sənədi Xəzərin hüquqi statusu barədə imzalanan Konvensiya olmalıdır.

Karasinin sözlərinə görə, Aktaudakı sammit heç də sonuncu deyil.

“Hamı anlayır ki, əldə olunan tempi nəinki aşağı salmaq, əksinə, artırmaq da olar”, - Rusiya rəsmisi bildirib.

O qeyd edib ki, Konvensiyanın qəbul edilməsindən sonra Xəzər formatının xeyli qüvvətlənməsinə ümid edir.

“Daim fəaliyyətdə olacaq məşvərət qurumunun yaradılması məsələsi gündəmə gəlib”, - Qriqoriy Karasin deyib.Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:10 Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO Aprelin 15-də Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:41 XALIQ SƏFƏVI: XƏZƏR XANLIĞININ YARANMASI VƏ ILK DÖVRLƏRI Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az