t s

» » Yüzlərlə insanın həyatı heçə sayılır – Qurum isə məsuliyyətdən yayınır (DƏHŞƏTLİ MƏNZƏRƏ)

Yüzlərlə insanın həyatı heçə sayılır – Qurum isə məsuliyyətdən yayınır (DƏHŞƏTLİ MƏNZƏRƏ)

8-08-2018, 10:14 Yazar:  Gülnar Baxılıb: 87 Çap et
Yüzlərlə insanın həyatı heçə sayılır – Qurum isə məsuliyyətdən yayınır (DƏHŞƏTLİ MƏNZƏRƏ)
Bakıdan bəzi bölgələrimiz istiqamətində hərəkət edən sərnişin avtobuslarının sürücüləri fasilə etmək üçün nəqliyyat vasitələrini Kürmədir rayonunda yerləşən kafenin önündə saxlayır. İnsanlar həmin iaşə obyektində çay içir və ya yemək yeyirlər. Eyni zamanda sərnişinlər kafenin ayaqyollarından da istifadə edir. O cümlədən rayondan paytaxtda yola çıxan avtobusların bəziləri eynilə həmin iaşə obyektinin önündə dayanırlar.

Minval.info əməkdaşı təsadüfən həmin kafenin mətbəxində olub və dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, orada tarakanların olduğu və antisanitar vəziyyətin hökm sürdüyü ortaya çıxıb. Həmçinin mətbəxdə heç bir gigiyenik normalara riayət edilmədiyi məlum olub.

Bu isə yüzlərlə insanın sağlamlığı üçün ciddi təhlükə yaradır. Kafenin belə vəziyyətdə olmasının məsuliyyətini kim daşıyır? Ümumiyyətlə, həmin iaşə obyektinə nəzarət edən varmı?

Sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.

O, minval.info-ya açıqlamasında bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən kafelərin və restoranların, hətta şəhərin mərkəzindəki mətbəxləri çox pis vəziyyətdədir:

“Telekanallarımızın birində yayımlanan verilişdə bu mənzərə ilə daha yaxından tanış oldum. İpək Yolu dünyanın bir çox xalqları üçün maraqlıdır. Çox insanlar gəlib İpək Yolunu öz gözləri ilə görmək istəyir. Lakin ən böyük antisanitar biabırçılıq elə bu yolun üstündədir. İstehlakçıların hüququ var ki, mətbəxlərə baxsınlar və orada yəmək yeyib-yeməmək haqqında qərar verə bilsinlər. Bu məsələyə cavabdeh orqan isə Qida Təhlükəsizliyi Agentliyidir. Bu qurum öz əsasnamələri əsasında iş aparmağa qadir deyil. Dövlət orqanlarına təyin olunan kimi insanların ayağı yerdən üzülür və ictimaiyyətlə iş apara bilmirlər. Uzun illər İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən İstehlakçıların Müdafiəsi Xidmətinin belə şəraitin yaranmasında böyük rolu olub. Heç bir iş görməyib və vəziyyət gəlib bu həddə çatıb”.

Məsələ ilə bağlı minval.info Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlamağa çalışdıq.

Zəngimizə cavab verən qurum əməkdaşından mətbuat xidmətinin rəhbərinin əlaqə nömrəsini istəsək də, təkidlə nömrəni vərə bilməyəcəyini söylədi.

Maraqlıdır, əgər Mətbuat Xidmətinin rəhbərinin əlaqə nömrəsi jurnalistə verilmirsə, o zaman qurum tərkibindəki bu xidmətin vəzifəsi nədir?



Əcəmi Əsədulla / Minval.info




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 “Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib? Mediaxeberleri.az “Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti haqqında “haqqın.az” portalının hazırladığı məqaləni təqdim edir. Qəribə şəkildə yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilən “Bakı Abadlıq Xidməti” adlı özəl müəssisənin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsaitlərin talan
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az