t s

» » "Bizim davamız kolxoz davası yox, Azərbaycan davasıdır!" - Ali Məclis üzvü KXCP-dən istefa verdi

"Bizim davamız kolxoz davası yox, Azərbaycan davasıdır!" - Ali Məclis üzvü KXCP-dən istefa verdi

8-08-2018, 09:52 Yazar:  Gülnar Baxılıb: 108 Çap et
"Bizim davamız kolxoz davası yox, Azərbaycan davasıdır!" - Ali Məclis üzvü KXCP-dən istefa verdi
KXCP-də "yarpaq tökümü" davam edir


Sozcu.az saytının rəhbəri, KXCP Ali Məclisinin üzvü keçmiş siyasi məhbus Elşən Əlisoy və KXCP Ağsu rayon şöbəsinin "Turan" özəyinin sədri Anar Rəsullu təmsil olunduğu partiyadan istefa veriblər.

Mediaxeberleri.az xəbər verir ki, bu haqda Elşən Əlisoy özünün feysbuk səhifəsində yazaraq məlumat verib.

Həmin məlumatı olduğu kimi təqdim edirik:



"Bu gün, 20 ilə yaxındır çiyin-çiyinə, mübarizə apardığım uşaqlıq dostum və təmzil olunduğum "Turan" Özək Təşkilatının sədri Anar Rəsullu ilə ömrümüzün böyük bir hissəsini, əsasən də gəncliyimizi təşkilatlanmasına həsr etdiyimiz KXCP ilə bağlı çox geniş və açıq söhbətimiz oldu. Son zamanlar KXCP -də baş verən bəzi məsələlərin əsəblərimə ciddi təsir etməsi dəyərli dostumu da haqlı olaraq narahat etdiyini hiss etdim.

Biz liderimiz Əbülfəz Elçibəyin sağlığında onun əsgəri olmağa qərar verdik və BƏY-n lideri olduğu AXCP-yə qoşulduq. O zaman bizim Bütöv, demokratik Azərbaycanla bağlı gözəl arzularımız var idi. Bəyin sağlığında böyük arzuların arxasınca yürüyən insanlar, bu gün kiçik, mənasız davaların oyunçularına çevriliblər. Anar bəylə çox şeyləri müzakirə etdik və özümüzə bir sual verdik, biz KXCP - nəyə görə olmalıyıq? Təbii ki, özümüzə verdiyimiz sual cavabsız qaldı. Sadəcə olaraq KXCP sədri Mirmahmud Mirəlioğluna və İdarə Heyyətinin üzvlərindən bir xahişimiz var, KXCP Ağsu rayon şöbəsinin "Turan" və "Savalan" özək təşkilatlarının üzvlərinin onlara baxmaları üçün göndərdiyi müraciətləri atsınlar zibil qabına!

Hörmətli dostlar, biz rayon şöbəmizin üzvlərindən heç kimə bizimlə bərabər istefa verməyi demirik , heç onun arzusunda da deyilik. Hər kəsin öz yolu var, hər kəs yolunu özü seçir. Bu gün KXCP -nin getdiyi yol bizim gedəcəyim yol deyil . İstefamız barədə zərurət yaranarsa geniş açıqlama verəcəyik. Əsas odur ki, Mən KXCP Ali məclisinin üzvü Elşən Əlisoy və KXCP Ağsu rayon şöbəsinin "Turan" Özək Təşkilatının sədri Anar Rəsullu KXCP sıralardından istefa verdik!

Bizim davamız kolxoz davası yox, Azərbaycan davasıdır! YAŞASIN BÜTÖV , DEMOKRATİK AZƏRBAYCAN!"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:11 KXCP -də nə baş verir ? Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ağsu rayon şöbəsi yanvar ayının 29-da 5-6 nəfərin iştirakı ilə keçirdiyi iclasda şöbənin tanınmış fəallarının partiya sıralarından çıxarılması haqqında qərar verib. Bu qərar keçmiş siyasi məhbus, Sozcu.az saytının təsisçisi Elşən Əlisoyada məxsusdur.
13:52 “Yurd” sıralarında “yarpaq tökümü”: Daha bir fəal Əli Kərimlidən ayrıldı Əli Kərimlinin sədri olduğu “Yurd” təşkilatının sıralarından ayrılmalar davam edir. Mediaxeberleri.az xəbər verir ki, Əli Kərimliyə yaxınlığı ilə bilinən siyasi fəal, Facebook aktivi Vasif Alışlı “Yurd”un Sabirabad rayon təşkilatı sıralarını tərk etdiyini bəyan edib.
11:11 Yarpaq tökümü davam edir - AXCP daxilində daha bir istefa Suraxanı təşkilatında AXCP daxilində daha bir istefa Suraxanı təşkilatında yaşanıb. Partiyanın gənc üzvü Cavid Nəbiyev müsavat.com vasitəsilə AXCP sıralarından istefa verdiyini, R.Nurullayevin tərəfinə keçdiyini bəyan edib: “2003-cü ildən meydanlardayam. AXCP-nin Suraxanı şöbəsinin üzvüyəm. Əli Kərimlini indiyə qədər
23:40 “Müsavat”da “yarpaq tökümü” - 55 nəfər partiyanı tərk etdi. “Müsavat” Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü bəyanat yayıb. Mediaxeberleri.az xəbər verir ki, APA-ya daxil olan bəyanatda deyilir: “Biz, Müsavat Partiyası Xətai rayon təşkilatının bir qrup üzvü partiyanın VIII qurultayını və qurultaydan sonra partiya daxilində baş verən
14:28 "Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir" - Qubad İbadoğlu Mediaxeberleri.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun "Report"a müsahibəsini təqdim edir: - Fevralın 6-da Müsavat Divanın qərarı ilə partiyadan xaric edildiniz. Partiya üzvlüyünə bərpa edilməklə bağlı hansısa addım atacaqsınızmı? - Birinci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az