t s

» » Mehman Hüseynov anasının dəfnində iştirak üçün buraxıldı

Mehman Hüseynov anasının dəfnində iştirak üçün buraxıldı

7-08-2018, 09:14 Yazar:  Nuhu Baxılıb: 111 Çap et
Mehman Hüseynov anasının dəfnində iştirak üçün buraxıldı
Həbsdə olan bloqer Mehman Hüseynova ötən gecə vəfat edən anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etməyə icazə verilib.

Mediaxeberleri.az
xəbər verir ki, bunu Report-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

O qeyd edib ki, M.Hüseynovun anasının yas mərasimində iştirak etməsi ilə bağlı müraciətinə baxılıb və müvafiq qərar qəbul olunub. M.Hüseynov anasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb. O, yas mərasimi bitəndən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.

Xatırladaq ki, Nəsimi rayon Polis idarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

O, bloqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov iki il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
14:22 Mehman Hüseynov: «Bircə görüntü ortaya qoysalar, 200 il həbsə də razıyam» Mehman Hüseynovun özü və vəkilləri məhkəmədə çıxış edib Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində bloqçu Mehman Hüseynovun barəsində Suraxanı rayon məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Vaqif Mursaqulov bildirib ki, ötən məhkəmə iclasında
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az