t s

» » Təhsil Nazirliyində Muxtar Məmmədov dönəmi: Aparat rəhbərinə qarşı narazılıq

Təhsil Nazirliyində Muxtar Məmmədov dönəmi: Aparat rəhbərinə qarşı narazılıq

6-08-2018, 08:44 Yazar:  Gülnar Baxılıb: 204 Çap et
Təhsil Nazirliyində Muxtar Məmmədov dönəmi: Aparat rəhbərinə qarşı narazılıq
Yeni nazir təyin ediləndən sonra təhsil sisteminə olan ümidlər yoxa çıxmağa başladı. Çünki köhnə nazirin yürütdüyü kursu davam etdirəcəyini bildiriən Ceyhun Bayramov köklü dəyişiklər tərəfdarı olmadığını çıxışında qeyd etdi. Bunu kadr təyinatında da müşahidə etmək mümkündür. Son vaxtlarda nazirin iki mühüm posta təyinatı diqqət çəkdi. Məlumat üçün cumhuriyyet.az bildirir ki, iyun ayının 21-də Azərbaycan Respublikası Təhsil Nazirliyinə Aparat rəhbəri təyin edildi. Bu posta Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Muxtar Məmmədov təyin olundu. Qeyd edək ki, Muxtar Məmmədov bundan əvvəl Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi. Eyni vaxtda həmçinin Mehriban Vəliyeva təhsil nazirinin müavini təyin edildi. Qeyd edək ki, ümumilikdə təhsil sistemində çalışanlar bu iki təyinata şübhə ilə yanaşır və heç bir pozitiv gözləmir. Bu iki kadrın elə təhsil sistemində çalışanlar arasında hörməti elə də yüksək deyil. Bunun da müəyyən səbəbləri var ki, həmin səbəbləri cumhuriyyet.az işıqlandırmağa çalışacağıq.

Kimdir Muxtar Məmmədov?
Bildirdiyimiz kimi, aparat rəhbəri təyin olunmamışdan əvvəl M.məmmədov Beynəlxalq əməkdaşlıq şöbəsində 2015-2018-ci illər arası müdir vəzifəsində çalışıb. Daha əvvəl (2005-2013-cü illər) işlədiyi Xarici İşlər Nazirliyində ikinci katib vəzifəsinə qədər gəlib çatıb. Daha sonra isə Təhsil Nazirliyinə keçən M.Məmmədov 2013-cü ildən başlayaraq Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb.
Təhsil nazirliyindəki mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, işlədiyi müddətdə o, yerlibazlığı və tapşırıqla əməkdaş götürməyi ilə seçilib. Belə ki, əslən Salyandan olduğu üçün köhnə tanışını və yerlisini şöbədə məsul vəzifəyə təyin edib. Bundan əlavə, zəng və tapşırıqlar qəbul edən Muxtar Məmmədov digər məsul vəzifəyə gənc və hələ sistemdə təcrübəsi olmayan işçiləri gətirib. Bundan əlavə çoxumuzun eşitdiyi və əhalinin müəyyən hissəsinin narazı qaldığı “Xaricdə təhsil üzrə Dövlət Proqramı” ilə məhz Muxtar Məmmədovun rəhbərlik etdiyi şöbə məşğul olurdu. Bir çox hallarda tapşırıqlarla zəngin olan bu proqram vasitəsilə sistematik olaraq imkanlı ya nüfuzlu şəxslərin övladları göndərilirdi. Əgər adi hallarda müraciət edənlərə ixtisas dəyişikliyinə icazə verilmirdisə, həmin şəxslərin övladlarına gələndə bu hala göz yumulurdu. Misal üçün, humanitar ixtisasların prioritet olmadığı sonuncu ildə diplomatın oğluna “Tarix və siyasət” ixtisası üzrə təhsil almaq şəraiti yaradılmışdı. Bununla da, Dövlət Proqramına əhalidə olan inam və ümid itirilib. Bundan əlavə, adıçəkilən Proqram üzrə 5000 nəfəri təhsil almağı gözlənilirdisə, yekundə bu rəqəm heç 4000-ə qədər çatmadı. Bu da, o deməkdir ki, proqram öz hədəf kütləsinə çata bilmədi.

Aparat rəhbəri təyin olunandan nüfuzu aşağı olan Muxtar Məmmədov intizama diqqəti artırır. Lakin cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə nazirlikdə bəlkə də müstəqillik tarixində ən rüsvayçı vəziyyəti məhz bu il yaşanıb: “İsti yay iyul ayında nazirlikdə havalandırıcı sistemlər bəzi mərtəbələrdə işləmirdi. Halbuki rəhbərlik olan mərtəbələrdə kondisionerlər işlək vəziyyətdə idi. Bəzi otaqlarda isə havanın hərarəti 30 dərəcədən artıq təşkil edirdi. Müəyyən qısa müddətə kondisionerlər yandırılır, sonra isə yenidən söndürülürdü. Belə də, istisi soyuğu bilinməyən otaqlarda əməkdaşlar məcbur qalıb çalışmalı olurdular. Əvvəlki nazirin dövründə otaqlara çay sifarişi ödənişsiz idisə, Muxtar Məmmədovun təyin olunduğu dövrdən otaqlara çay sifarişi ödənişli olub. Nazirliyin bufeti kommunal (işıq, qaz və su) xərclər ödəmir. Amma buna baxmayaraq bufetdən əlverişsiz şəkildə istifadə edilir və əməkdaşlar digər yerlərdə nahar etməyə üstünlük verir. Muxtar Məmmədovun Aparata rəhbərlik etdiyi dövrdə işıqla daimi problemlər yaşanır. Bütün ölkənin qaranlığa qərq olduğu günlərdən əvvəl Nazirlikdə iş vaxtı işıqların sistematik halda kəsilməsi müşahidə olunurdu. Belə hallarda generatorlar işə düşməlidir, lakin generator da işlək vəziyyətdə olmadığından Nazirlikdə işgüzar vəziyyət aşağı səviyyədədir”.

Bu hələ son deyil. Nazirlikdə son dövrdə hətta suyun kəsilməsi belə müşahidə olunur. İşığın qənaətlə istifadə olunması barədə imeyllərin göndərilməsi adi hal alıb. İşıq kəsildikdə internetin işində fasilələr müşahidə olunur.
Son aylarda işçilərin geyimlərinə və işə gediş-gəliş vaxtlarına nəzarət artılıb. Aydın məsələdir ki, bu qədər problem olan yerdə diqqəti bu problemlərdən yayındırmaq üçün belə üsula əl atılıb.

Ən dəhşətli məqam isə Nazirlikdə hələ vergidən yayınma hallarının kifayət qədər geniş yayılmasıdır. Bu əsasən əmək haqqı məsələlərində özünü göstərir. Bu barədə və təhsil nazirinin müavini Məlahət Vəliyeva haqqında növbəti məqalələrdə məlumat verməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:34 Təhsil və maliyyə sistemində Bayramovlar kabusu: - dövlətə qarşı dövlətin içində… Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağı haqda ehtimallar təsdiqlənir. Artıq bir neçə strukturda ciddi kadr dəyişikliyi aparılıb. Öncədən də bəlliyidi ki, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az