t s

» » AÇ-nin son günündə güləşçilərimizdən daha dörd medal - YENİLƏNİB

AÇ-nin son günündə güləşçilərimizdən daha dörd medal - YENİLƏNİB

6-08-2018, 08:26 Yazar:  Gülnar Baxılıb: 374 Çap et
AÇ-nin son günündə güləşçilərimizdən daha dörd medal - YENİLƏNİB
İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız medal qazanıb.

Mediaxeberleri.az
xəbər verir ki, 125 kq çəki dərəcəsində Rahid Həmidli Polşa idmançısı Yakub Brılovski ilə qarşılaşıb.

İdmançımız rəqibinə 6:4 hesabı ilə qalib gəlməklə, bürünc medal qazanıb.

Bununla da Avropa çempionatının son günündə sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə və Əshab Həmzətov aktivlərinə gümüş, İsmayıl Abdullayevlə Rahid Həmidli bürünc medal yazdırıb.

Ümumilikdə isə sərbəst güləş üzrə yığmamız qitə çempionatında yeddi medal qazanıb. Belə ki, dünən Əliabbas Rzazadə (57 kq) və Orxan Abbasov (79 kq) bürünc, Hacımurad Hacıyev (70 kq) isə gümüş medala sahib çıxıb.

22:02

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız finalda büdrəyib.

Oxu.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində dağıstanlı legionerimiz Əshab Həmzətov finalda Rusiyanı təmsil edən Krım tatarı Əzəmət Zakuyevə finalda 0:10 hesabı ilə uduzub.

Bununla da idmançımız gümüş medalla kifayətlənib.

20:52

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, ötən gün 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İsmayıl Abdullayev Gürcüstan və Yunanıstan idmançılarını üstələsə də, yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü məğlub başa vurub.

Bu gün isə güləşçimiz bürünc medal uğrunda erməni idmançı Hrayr Alixanyanla qarşılaşıb və 10:5 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.

Qeyd edək ki, bu gün 61 kq-da mübarizə aparan güləşçimiz İntiqam Vəlizadə qızıl medal uğrunda erməni idmançı Vazgen Tevanyana 2:5 hesabı ilə məğlub olub. 92 kq çəkidə güləşçimiz Asxab Həmzətov isə qızıl medal uğrunda rusiyalı güləşçi Əzəmət Zakuyevlə qarşılaşacaq.

Həmçinin 125 kq-da Rahid Həmidli Polşa idmançısı Yakub Brılevski ilə bürünc medal görüşünə çıxacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:29 Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gün güləşçilərimiz üçün uğurlu sayıla bilər. Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:55 Toğrul Əsgərov erməniyə qalib gəldi Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, bu günə qədər
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az