t s

» » XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi…

XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi…

5-08-2018, 22:38 Yazar:  Gülnar Baxılıb: 111 Çap et
XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi…
Energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir

Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib.

Agentlikdən əlavə edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.

Bu səbəbdən də energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: “Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir”.


Həmçinin qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.

Qeyd edək ki, artıq bir neçə ildir ki, ölkəmizdə energetik içkilərin satışı kütləviləşib və xüsusən də isti yay mövsümündə bu cür içkilərə olan tələbat kəskin artır. Araşdırmalar da onu göstərir ki, bu cür içkilərin ən çox istifadəçisi gənclər və yeniyetmələrdir. Halbuki bundan əvvəl dəfələrlə mütəxəssislər energetik içkilərin insan həyatı üçün təhlükəli olduğunu bildiriblər. Həmçinin bir sıra millət vəkilləri energetik içkilərin satışının qadağan olunması və yaxud ən azından yeniyetmələrə, uşaqlara satılmaması barədə təkliflər irəli sürüblər. Təkliflərdə bildirilirdi ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün əlavə aksiya vergiləri tətbiq edilsin. Lakin bu təkliflər elə təklif olaraq qaldı.

Bu gün istənilən böyük və ya kiçik tipli mağazalarda “Hell”, “Burn”, “Boss”, “Jaguar”, “Rox”, “Red Bull”, “Pitbull”, “Bizon” kimi markalara rast gəlirik. Onların qiymətləri 1-4 manat arasında dəyişdiyindən yeniyetmələr və uşaqlar üçün də əlçatan olur. Bununla da tez-tez ictimaiyyətdə əlində bu cür içki olan yeniyetmələrə, hətta uşaqlara rast gəlirik. Ekpsertlər həyəcanla bildirir ki, energetik içkilərin alışının kütləviləşməsi xüsusən də efilərdə aparılan reklam kampaniyalarıdır. Bəh-bəhlə təqdim edilən bu içkilər hər kəsi özünə cəlb edə bilir. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində energetik içkilərin reklamı, istehsalı və satışı qadağan olunub.


Məsələn, Rusiya Səhiyyə Nazirliyi hələ 2010-cu ildən energetik içkilərin reklamını məhdudlaşdırmağı təklif edirdi, çünki bunu uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükəsiz saymırdı. Lakin bu təşəbbüsün nəticəsi olmadı. 1 il sonra həddi-buluğa çatmayanlara alkoqolsuz enerji içkilərinin satışını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Parlament tərəfindən dəstəklənmədiyindən 2 il sonra təkrar müzakirəyə çıxarılıb. Bu dəfə də deputatlar layihəni geri çevirdilər, Rusiya hökuməti qadağa üçün yetərli tibbi səbəb görmürdü. Bununla belə, məsələ yenidən müzakirəyə çıxarıldı və qanun layihəsini Dövlət Dumasında müxtəlif fraksiyalardan olan 40 deputat imzaladı. Lakin energetik içkilərin satışının məhdudlaşdırılması cəhdi yalnız dövlət başçısı Vladimir Putin deputatlarla görüşündə öz mövqeyini ortaya qoyduqdan sonra baş tutdu.

Energetik içkilərə qadağaya münasibətini o, belə ifadə etmişdi: “Mən bu sahədə indi daha qətiyyətlə hərəkət edərdim”.

Norveç, Danimarka, Fransada da belə içkilərin sərbəst satışı qadağandır. Energetik içkilərə hansı fəsadlara yol aça bilir?

Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Ən pisi isə energetik içkilər insanda asılılıq yaradır və nəticədə insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər. Bəzi ekspertlər isə qeyd edir ki, energetik içkilərin insanlarda asılılıq yaratması üçün məqsədli şəkildə tərkibinə müəyyən əlavə edilir. Belə ki, onların tərkibində əsasən kofein olur və onun dozası yüksək dərəcədə götürülür. Bu maddələr orqanizmi bir müddət tonusa gətirsə də, sonradan ona yenidən ehtiyac yaradır. Yəni energetik maddələrdən asılılıq yaranmağa başlayır. Digər tərəfdən, stimullaşdırılmış əzələlər, xüsusən də ürək əzələsinin normadan artıq çalışması sonradan ürək əzələsinin boşalması və müəyyən zədələrin yaranmasına səbəb ola bilir. Bəzən gün ərzində bu içkilərdən bir neçə dəfə istifadə edilir, nəticədə ürəyə böyük yük düşür. Məhz bu ürək əzələləsinin zədələnməsinə və digər fəsadlara gətirib çıxarır.


Xatırladaq ki, bir müddət bundan əvvəl energetik içkilərin zərərli maddələrdən ibarət olması ilə yanaşı, tərkibində öküz sperması olduğu haqda məlumatlar yayılmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir. Belə ki, “Lonqorn” şirkəti enerji içkisi markalarını test edib. Şirkətin gəldiyi nəticə isə ürəkbulandırıcı olub.

Araşdırma sonrası energetik içkilərin tərkibində öküz sperması olduğu aydınlaşıb. (musavat.com)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:26 Agentlik: Energetik içkilərdən istifadə etməyin Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir. Mediaxeberleri.az xəbər verir ki, bu barədə
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az