t s

» » Orxan Camalı dəfn edə bilmirlər -Maksim Şevçenko bəyanat yaydı

Orxan Camalı dəfn edə bilmirlər -Maksim Şevçenko bəyanat yaydı

5-08-2018, 22:30 Yazar:  Gülnar Baxılıb: 110 Çap et
Orxan Camalı dəfn edə bilmirlər -Maksim Şevçenko bəyanat yaydı
Mərkəzi Afrikada həlak olmuş jurnalist Orxan Camalın qohumlarına bildiriblər ki, Mərkəzi Afrika Respublikasında onun ölümü haqda Rusiya Federasiyasının konsulu tərəfindən imzalanmış yekun rəy itirilib.

Bu barədə mərhumun dostu və həmkarı Maksim Şevçenko öz “feysbuk” səhifəsində yazıb.

"Sağlığında Orxanla nə etmək lazım olduğunu bilməyən küt hakimiyyətin qisasçılığının hüdudu yoxdur", — jurnalist yazıb. Onun sözlərinə görə, bu sənəd olmadan O.Camalı dəfn etmək olmaz.

M.Şevçenkonun postuna şərhdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir ehtimal irəli sürüb ki, ölüm haqqında yekun rəy onların nəşini gətirən yük təyyarəsində itirilib. "Rusiya 1" telekanalının efirində o, əlavə edib ki, hazırda Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında həlak olmuş Rusiya jurnalistlərinin tabutları gətirilərkən itirilmiş sənədlərin bərpası ilə məşğuldur.

Xatırladaq, iyulun 31-də Mərkəzi Afrika Respublikasında “Vaqnerin ordusu” kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyəti ilə bağlı film çəkən üç rusyalı jurnalist-Azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Onların meyitləri ötən gecə təyyarə ilə Moskvaya gətirilib.

Haqqin.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:27 Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı Rusiya Mərkəzi Araşdırmalar İdarəsinin baş redaktoru Andrey Konyaxin “Novaya qazeta” nəşrinə Mərkəzi Afrika Respublikasında jurnalistlərin qətli ilə bağlı yeni təfərrüatı açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, Konyaxin bildirib ki, rusiyalı jurnalistlər MAR-ın paytaxtı Banqi şəhərinə iyulun
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az