t s

» » "Bütün şəhidləri özümə qardaş, analarını da anam bilirəm" - Gənc aşıqdan açıqlama

"Bütün şəhidləri özümə qardaş, analarını da anam bilirəm" - Gənc aşıqdan açıqlama

5-08-2018, 21:04 Yazar:  memmed memmedov Baxılıb: 173 Çap et
"Bütün şəhidləri özümə qardaş, analarını da anam bilirəm" - Gənc aşıqdan açıqlama


mediaxeberleri.az xəbər verir ki, xüsusən sosial şəbəkələrdə şəhidlərə diqqət ayıran və onların təbliğatını edən gənc aşıq Dərya Mərdanzadə son zamanlarda onun bu əməlini fərqli istiqamətə yozanlara münasibət bildirib. Odur ki, onun açıqlamasını sizlərə təqdim edirik.

"Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə bir vətəndaş olaraq hamımız hörmət və ehtiramla yanaşmalıyıq. Mən də bir vətən övladı kimi bütün şəhidlərimizi və qazilərimizin xatirəsini hər zaman əziz tutmuşam.
Mən xüsusən bir neçə il əvvəldən məşhur Aprel döyüşlərinin iştirakçıları haqda öz hörmət-ehtiramımı ifadə edən paylaşımlar etmişəm. Bu şəhidlərdən biri olan şəhid Elimdar Səfərov haqqında onun qəhrəmanlığı haqda daha parlaq təbliğat aparmağım bəzilərində mənfi fikirlər yaratmışdır və adıma lyaqi olmayan dedi-qodular yayırlar.

Qeyd edim ki, mən mərhum şəhid Elimdar Səfərovu qətiyyən real həyatda tanımamışam. Ancaq şəhid olduqdan sonra onun haqda məlumatım olub və digər şəhidlər kimi ona qarşı da bir qardaş kimi, şəhid vətən oğlu kimi hörmətim yaranıb və bunu ifadə etmişəm. İstər Bakıda və istər Neftçala rayonunda onun haqda təşkil edilmiş tədbirlərdə iştirak etmişəm. Anasına anam kimi, qardaşına qardaşım kimi sayğım olub. Çünki şəhidlər hamımızın əzizlərimiz sayılır.
Bəzi fitnəkar və hər şeyi qara görmək istəyənlər mənim şəhidə olan bu ehtiramımı guya şəxsi münasibətlərə calamağa cəhd edirlər.
Şəhid və ümumi şəhidlər haqda etdiyim bütün xidmətlər Vətən naminə olub.

Vətəndaşın özünə qardaş saydığı, şəhid kimi ehtiram etdiyi bir şəxsə və bu ehtiramı edənə qarşı aparılan bu qara kompaniyanı son zamanlarda bəzi şəhidlər üçün bir iş görməyən şəxslərin paxıllıq və həsəd hisslərini qabardıb. Mən bacardığım qədər şəhidlərlə bağlı tədbirlərdə fəal iştirakımı və etdiyim hər hansı bir xidməti reklam üçün etməmişəm. Lakin mənim adıma ləkə yaxanlar heç olmasa şəhid adından utansınlar.
Elimdar Səfərov, Mübariz İbrahimov ,Sərxan Bağırov , Samid İmanov , Vaqif Bayramov , Çingiz Mustafayev , Salatın Əsgərova, Mahmud İbrahimov mənim Vətənim uğrunda canlarını fəda etmiş igid şəhidlərimizdir.
Adlarını çəkə bilmədiyim şəhidlərimiz məni bağışlasın .

Xahiş edirəm, mənim barəmdə şaiələr, böhtanlar yayanlar şəhidin adına xələl gətirməsinlər. Mənə də ağır gələn odur ki, indiyəcən bircə yerdə də səsləndirmədiyim xidmətləri, qətiyyən reklam etmədiyim işləri bu gün bəziləri mənim adıma xələl gətirmək üçün sui-istifadə edirlər. Mənim təmənnasız gördüyüm işləri ömründə təmənnasız bircə iş görməmiş adamlar qavraya və anlaya bilmir, həzm edə bilmir və mənim haqqımda nənfi nəzər-diqqət yaradırlar.

Bu məni ciddi narahat edir, sarsıdır və təəssüfləndirir. Ləkələmək və ruhdan salmaq yox, yaxşı işlərdə insanları dəstəkləmək lazımdır, nənki hansısa görülən işlərə, bunu başqası edib deyə qara yaxmaq doğru deyil.
Allah bütün Vətən yolunda canlarını fəda edən şəhid qardaşlarımıza rəhmət etsin."

Dərya Mərdanzadə
Azərbaycan Aşıqlar Birliyinin üzvü




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az