t s

» » Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı

Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı

5-08-2018, 17:27 Yazar:  Gülnar Baxılıb: 178 Çap et
Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı
Rusiya Mərkəzi Araşdırmalar İdarəsinin baş redaktoru Andrey Konyaxin “Novaya qazeta” nəşrinə Mərkəzi Afrika Respublikasında jurnalistlərin qətli ilə bağlı yeni təfərrüatı açıqlayıb.

Mediaxeberleri.az
xəbər verir ki, Konyaxin bildirib ki, rusiyalı jurnalistlər MAR-ın paytaxtı Banqi şəhərinə iyulun 28-də gəliblər.

Onların əsas məqsədi bu ölkədə Rusiya hərbi şirkətlərinin fəaliyyəti ilə bağlı məlumatlar toplayıb süjet hazırlamaq olub.

Bundan əlavə jurnalistlər “Kremlin aşpazı” Yevqeniy Priqojinin biznes planları ilə maraqlanıblar, belə ki, sonuncunun adı “ÇVK Vaqnera” adlı hərbi strukturun fəaliyyəti ilə bağlı olub.

İyulun 29-da çəkiliş qrupu paytaxtdan 60 kilometr qərbə, bir vaxtlar diktator Jan-Bedel Bokassanın iqamətgahı olan Berenqo kəndinə yola düşüblər.

Məhz burada rusiyalı mütəxəssislər MAR hökümət ordusunun nümayəndələrinə hərbi təlim keçirlər. Jurnalistləri Mərkəzə buraxmayıblar, onlardan MAR Müdafiə Nazirliyindən akkreditasiyadan keçmək tələb olunub.

Çəkiliş qrupu köməkçiləri, özünü BMT missiyasının nümayəndəsi kimi təqdim edən Martin adlı məsləhətçi ilə əlaqə saxlayıb. Məhz Martin rusiyalılara sürücü seçməkdə kömək edib, və onlara Bambari şəhərinə getməyi məsləhət görüb. Martin jurnalistlərə söz verib ki, Ndassima qızıl mədənlərində onlara çəkiliş aparmağa yardım edəcək.

“Qeyd etmək lazımdır ki, Bambari təhlükəsiz şəhərdir. Lakin Ndassima qızıl mədənlərinə “Seleka” terror təşkilatı tərəfindən nəzarət edir.

Təcrübəli bələdçilərsiz jurnalistlər qızıl mədənlərinə getmək istəmirdilər. Lakin onlar Martinin təklifini qəbul edərək iyulun 30-da Banqidən Bambariyə yola düşüblər.

Bu şəhərlər arasında yol dağınıq olsa da, təhlükəsiz hesab edilir.

Jurnalistlər axşam saat 6-da Sibyu şəhərinə çatıblar. Burada çəkiliş qrupunun avtomobilini postda saxlayıblar. Bundan sonra nə baş verdiyi isə bilinmir.

MAR-ın rəsmi nüamyəndələri iddia edirlər ki, rusiyalıların cəsədləri Sibyudan 23 kilometr aralıda tapılıb. Bu ərazi hökümətin nəzarəti altındadır.

Çəkiliş qrupunun Bambari yolundan niyə çıxıb? Onlar özləri belə qərar verib və ya əsir düşüblər? Bəlkə onlar qətlə yetirildikdən sonra cəsədləri buraya atılıb?

Bu suallara cavab hələ yoxdur. Martin də yoxa çıxıb. BMT-nin MAR-dakı missiyasında belə adamı tanımadıqlarını bildiriblər.

Hesab edirəm ki, Orxan Cemal, Aleksandr Rostorquyev və Kirill Radçenko quldurların hücumu zamanı yox, əvvəlcədən planlaşdırılmış əməliyyat nəticəsində öldürülüblər.

Misal üçün, bunu Rostorquyevin aldığı ölümcül yaraların xüsusiyyəti göstərir - ürək nahiyəsinə iki atəş.

Daha bir müəammalı məqam isə, bütün fotolarda Orxan və Aleksandrın bir yerdə olması, Kirillin isə onların yanında olmamasıdır. Onların hamısı yalnız morqdan olan kadrda bir yerdədirlər.

Ehtimal var ki, Kirill qaça bilib, lakin aldığı güllə yarasından qanaxma baş verib və ölüb. Radçenko buna qədər Rusiyada olan rəfiqəsi ilə Telegrammla əlaqə saxlayıb. Qız ondan necə çatdıqlarını soruşub, lakin cavab almayıb. Və bütün bunlar iyulun 31-də baş verib. Yəni yerli hakimiyyətin versiyasında göstərilən jurnalistlərin qətlə yetirildiyi gündən iki gün sonra”, - A.Konyaxin deyib.

Baş redaktor jurnalistlərin soyğunçular tərəfindən öldürülməsinə inanmır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az