t s

» » Adnan Oktarın “dəlilik kağızları” üzə çıxdı

Adnan Oktarın “dəlilik kağızları” üzə çıxdı

4-08-2018, 22:54 Yazar:  Nurlan Baxılıb: 32 Çap et
Adnan Oktarın “dəlilik kağızları” üzə çıxdı
Cinayətkar qrup başçısı 10 ay dəlixanada yatıb



Həbs olunan Adnan Oktarın əqli durumu müzakirə mövzularından biridir. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Oktarın vəkili “bu, cəzasızlıq səbəbidir. Növbəti mərhələdə bunu dəyərləndirərik” deyib. Oktarın istintaqı zamanı sözügedən bəhanənin dəyərləndiriləcəyi təxmin edilir. Oktarın əqli sağıamlığı illər öncəki məhkəmələrində gündəmə gəlmişdi.

Ümumən Adnan Oktarın əqli sağlamlığı ilə bağlı 1983 və 1985-ci illərə aid olmaq üzrə iki arayış hazırlanıb. Sağlamlıq və Sosial Yardım Nazirliyi Şişli xəstəxanası baş təbibliyi tərəfindən 1983/961 saylı sağlamlıq qurumu sənədində Oktarın “şizofren xəstəliyi”nə görə təhsilə davam edə bilməyəcəyi öz əksini tapıb. Sağlamlıq qurumu rəhbəri, həkim Əhməd Nasuboğlu, üzvləri həkim Bahattin Yardımcı, həkim Uğur Akbulut, həkim Tuqay Akmutun imzalarını daşıyan sənəddə Oktarın İstanbul Universiteti Mediko Sosial Mərkəz Müdirliyinin 25 yanvar 1983-cü il tarixli və 618 saylı yazısı əsasında müayinə edildiyi bildirilib.

Oktar haqqında verilən ikinci sağlamlıq arayışının tarixi isə 2 iyul 1985-ci ilə aiddir. Arayışın klinik və laboratoriya məlumatları bölümündə qeyd edilib ki, xəstənin “sıxıntı, narahatlıq, konsentrasiya çətinliyi, küskünlük, təşəbbüskarlıq itkisi” kimi problemləri var. Bu səbəbdən də ona ‘paranoid’ diaqnozu qoyulub. Bakırköy ruh və sinir xəstəlikləri xəstəxanasında müalicə alan Oktar, o tarixlərdə “Milliyyet”ə verdiyi müsahibəsində 2.5 aydır ki, xəstəxanada olduğunu vurğulamışdı:

“Başımdakı bu bəladan qurtulum, dərhal evlənəcəyəm”.

Təxminən 10 ay boyunca Bakırköy xəstəxanasında müalicə alan Oktar 17 dekabr 1987-ci ildə xəstəxanadan buraxılmış, xəstəxananın baş həkimi Yıldırım Aktunanın əlini öpərək ordan çıxmışdı. Türkiyə mediasında onun baş həkimin əlini öpərkən çəkilmiş fotoları yayılıb.

Milli duyğuları yox edici və zəiflədici təbliğat apardığı üçün 3 iyul 1986-cı ildə aparılan gizli istintaq nəticəsində həbs edilərək Bayrampaşa türməsinə göndərilən Adnan Oktarın həmin dönəm vəkili vasitəsilə təmizə çıxarılması üçün hüquqşünaslara özəl arayış hazırlatdığı ortaya çıxıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
15:02 Qızlara çılpaq namaz qıldıran Harun Yəhya Adnan Oktarın şəbəkəsinə düşən gənc qız Harun Yəhya camaatının iç üzünü ortaya çıxardı Türkiyə mediasında çılpaq qızlarla İslama zidd hərəkətlər edən Harun Yəhya haqqında hamımız məlumatlıyıq. Mediaxeberleri.az analitik.az-a istinadən xəbər verir ki, bildiyimiz kimi son günlər Harun Yəhyanın
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az