t s

» » Nazim İbrahimovun qardaşı Füzuli Ələkbərova da “atıb” - İLGİNC

Nazim İbrahimovun qardaşı Füzuli Ələkbərova da “atıb” - İLGİNC

4-08-2018, 12:29 Yazar:  Gülnar Baxılıb: 114 Çap et
Nazim İbrahimovun qardaşı Füzuli Ələkbərova da “atıb” - İLGİNC
Xəbər verdiyimiz ki, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. Onunla bağlı başladılan cinayət işi üzrə yeni detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.İbrahimovun zərərçəkmişlərindən biri də sabiq nazirdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərov “İmprotex Motors” şirkətinin avtosalonları üçün S.İbrahimovdan obyektlər alıb. Həmin qeyri-yaşayış obyektləri yeni yaşayış binalarının birinci mərtəbəsində yerləşib. F.Ələkbərov burada öz şirkəti vasitəsilə ölkəyə gətirdiyi “BMW” markalı avtomobilləri satmağı planlayıb.

Lakin bir müddət sonra məlum olub ki, S.İbrahimovun verdiyi sənədlər saxtadır və həmin obyektlər “Sahil-D” şirkətinə məxsusdur.

İstintaqın gedişi zamanı S.İbrahimova qarşı yeni ittiham irəli sürülüb. Belə ki, o, həm də Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, “Sahil-D” şirkətinin direkotru Sahil Cahangirli eyni mənzilin bir neçə nəfərə satılmasına görə həbs edilib. Şirkətin həmtəsisçisi və S.Cahangirlinin dayısı İlham Qasımov milyonçu şair Gülağa Tənhaya 19,5 milyon manat “atmaqda” ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Qasımov, həmçinin "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:01 Hacı İbrahimin qardaşının həbsinin ilginc detalları Adı böyük tikinti fırıldağına qarışan, şəriki intihar edən Sahib İbrahimov təcridxanaya göndərildi; ona böyük mənimsəmə ittihamları var Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.
13:16 Baş redaktor Gülağa Tənhadan Baş Prokurorluğa şikayət verir Asif Mərzili: «Gülağa Tənha Azərbaycan Cinayət Məcəlləsinin 163-cü və «KİV haqqında» Qanunun 59-cu maddələrini kobud surətdə pozub…» Azərbaycanda tanınmış jurnalist Asif Mərzili ölkədə görkəmli şair, xeyriyyəçi və milyonçu kimi təbliğ edilən Gülağa Məmi oğlu Qənbərovdan (Tənha) prokurorluq
14:58 “Əmlakımızı əlimizdən almaq istəyirlər” - General və Gülağa Tənhaya ağır ittihamlar Həbsdə olan xeyriyyəçi iş adamı İlham Qasımovun anası Gözəl Cəfərova Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya növbəti dəfə müraciət edib Mediaxeberleri.az azpolitika.info-ya istinadən xəbər verir ki, G. Cəfərova oğlunu həbs etdirənlərin onların əmlakını ələ keçirmək
15:14 Keçmiş nazir Bakıya 1 milyonluq maşın gətirdi Azərbaycanda ilk dəfə “Rolls-Royce Wraith Black Badge” avtomobili təqdim edilib. Bu barədə avtomobilin Azərbaycandakı rəsmi təmsilçisi “İmprotex Motors” şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, "Wraith" və "Ghost" avtomobillərinin hər ikisinin "Black Badge" variantı mövcuddur.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az