t s

» » Agentlik: Energetik içkilərdən istifadə etməyin

Agentlik: Energetik içkilərdən istifadə etməyin

4-08-2018, 12:26 Yazar:  Gülnar Baxılıb: 97 Çap et
Agentlik: Energetik içkilərdən istifadə etməyin
Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə adıçəkilən qurumdan bildirilib.

Qeyd olunub ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda, insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:

“Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu bir qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.

Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir”.

Agentlikdən qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.

Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:39 Uroloq həkim: ““Kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir” Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən
01:23 Bunlar qaraciyər piylənməsinin qarşısını alır - DİQQƏTLİ OLUN Bir çox insan qaraciyər piylənməsindən əziyyət çəkir. Çoxları bu problemin fərqinə belə varmır. Lakin səbəbsiz heç nə olmur. Aile.lent.az qaraciyər piylənməsinin səbəbləri, qarşısının alınması ilə bağlı məlumatları təqdim edir. Qaraciyər piylənməsinin səbəbləri arasında qarın bölgəsindəki həddən
09:24 Sükan arxasındakı sərxoş qadınlar… Onların sayı niyə artır? Əvvəllər Azərbaycanda qadınlar siqaret çəkdiyini, içki içdiyini cəmiyyətdən bir qədər gizlədirdisə, bu gün bundan bəziləri açıq şəkildə, heç də kişilərdən geri qalmayaraq istifadə edirlər. Hətta Azərbaycanda son vaxtlar içkili halda maşın idarə edərkən polisə yaxalanan qadınların sayı artıb. Bəs
16:51 Saxta spirtli içkilərin satışı davam edir Bazarda istifadə müddəti ötən məhsullara da rast gəlmək mümkündür Təəssüflər olsun ki, aidiyyəti qurumların təhlükəli malların qarşısını almaq üçün effektiv siyasəti yoxdur Dünya ölkələri üzrə spirtli içkilərdən istifadə edən insanların sayı hər keçən il bir qədər də artır. Azərbaycanda da
02:11 Pəhriz saxlamağın təhlükəli tərəfləri - Bunlara diqqət! “Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az