t s

» » Palata Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarladı

Palata Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarladı

4-08-2018, 11:17 Yazar:  Məmməd Məmmədov Baxılıb: 45 Çap et
Palata Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarladıHesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2016-cı il fevralın 1-dən bu il yanvarın 1-dək olan dövrdə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Mediaxeberleri.az xəbər verir ki ,palatanın mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, auditlə əhatə olunan dövrdə hər ilin sonuna mərkəzin anbarında olan böyük məbləğdə dərman qalığı proqnozlaşma zamanı nəzərə alınmayıb, mərkəzləşdirilmiş qaydada alınmış dərman vasitələrinin bölgüsü zamanı mütənasiblik gözlənilməyib, bəzi hallarda dərman preparatlarının və tibbi ləvazimatların yararlılıq müddəti nəzərdə tutulduğundan aşağı olub.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarət həyata keçirilib, bununla yanaşı 2016-cı və 2017-ci illərdə alınmış bir qisim dərmanların qiyməti tənzimlənməyib.

Dövlət Proqramları üzrə nəzərdə tutulan tədbirlər əsasən icra edilib, lakin şəkərli diabet xəstəlikləri üzrə bəzi tədbirlərin icrası tam və müəyyən olunmuş müddətdə təmin olunmayıb, dövlət proqramları və tədbirləri üzrə həyata keçiriləcək tədbirlərin aralıq və son nəticələrinin qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də monitorinqlərin aparılması mexanizmi müəyyən edilməyib.

Hesablama Palatasının kollegiyası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Səhiyyə Nazirliyinin innovasiya və Təchizat Mərkəzinə, eyni zamanda, auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
11:15 Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi üzrə audit keçirilib Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri
08:05 İmişlinin təhsil şefi üçün həbs təhlükəsi: Milyonların oğurluğu niyə cəzasız qalıb? Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə İmişli rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az