t s

» » Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

2-08-2018, 10:13 Yazar:  Nuhu Baxılıb: 127 Çap et
Güləşçimiz Avropa çempionu olduİtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilir.

Mediaxeberleri.az
xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləşçilərimiz yarış gününü bir qızıl medalla başa vurub.
Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançısı olub.

Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ülvi Qənizadə finala yüksəlib. Həlledici görüşdə Rusiya idmançısı Məhəmməd Yarbilova 3:1 hesabı ilə qalib gələn güləşçimiz çempionatın qızıl medalını qazanıb və Avropa çempionu olub.

Yarımfinal görüşünü uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq güləşçimiz bu görüşdə də rusiyalı Mehdi Yəhyayevə 0:8 hesabı ilə uduzub və çempionatı V sırada tamamlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:10 Güləşçimiz dünya çempionu oldu Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, çempionatın ikinci günündə - sentyabrın 14-də 42, 46, 69, 76 və 85 kiloqram çəkidə yunan-Roma güləşçiləri yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla
21:29 Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gün güləşçilərimiz üçün uğurlu sayıla bilər. Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə
10:52 Güləşçilərimiz 3 medal qazandılar İlk yarış günündə. Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Mediaxeberleri.az xəbər verir ki, ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az