t s

» » DGK "Sınıq Körpü"də sıxlıq yaranması ilə bağlı rəsmi açıqlama yaydı

DGK "Sınıq Körpü"də sıxlıq yaranması ilə bağlı rəsmi açıqlama yaydı

2-08-2018, 08:39 Yazar:  Gülnar Baxılıb: 173 Çap et
DGK "Sınıq Körpü"də sıxlıq yaranması ilə bağlı rəsmi açıqlama yaydı
Avqustun 1-də bir sıra kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Musavat.com-a Dövlət Gömrük Komitəsindən bildirilib ki, avqustun 1-də “Sınıq Körpü” gömrük postunda sərnişinlərin və nəqliyyat vasitələrinin sıxlığı, ümumiyyətlə müşahidə olunmayıb və yayılan məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı, həm də qərəz xarakterlidir.

Belə ki, Dövlət Gömrük Komitəsi adıçəkilən gömrük postundakı vəziyyətlə bağlı mütəmadi olaraq həm komitənin rəsmi internet səhifəsi, həm də müxtəlif media orqanları vasitəsilə məlumatlar yayır və kütləvi informasiya vasitələrinin bu istiqamətdəki sorğuları da operativ şəkildə cavablandırılır. Sözügedən məlumatı yayan media qurumlarından isə komitənin mətbuat xidmətinə hər hansı sorğu daxil olmayıb. Bu da məlumatın qərəzli şəkildə yayımlandığına dair əsaslı şübhələr yaradır.

Məlumata əlavə edilən fotolar gömrük- sərhəd keçid məntəqəsinin qarşısında çəkilib və həmin ərazi gömrük nəzarət zonasına aid deyil.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:49 DYP-nin Ekologiya Postunda izahatı polis yox, mülki şəxslər alır – Bəs Fuad Mayılov hara baxır? – FOTOLAR “Allah adamı mərdimazarlardan, bir də bizim səhlənkar yol polislərindən qorusun”. Mediaxeberleri.az xəbər verir ki, bu sözləri “Azinforum” saytının baş redaktoru, tanınmış jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədəki özünün səhifəsində yazıb. O, Bakı-Xırdalan yolunun hər gün tixac olmasını
00:08 “Sınıq Körpü" keçid məntəqəsində kifayət qədər nöqsanlar, ciddi neqativ hallar yaşanır Nazim Sultanov Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqova arxalanır Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun fəaliyyəti həm yerli sakinlərin, həm ölkənin digər vətəndaşlarının, o cumlədən məhz bu istiqamətdən Azərbaycana daxil olan əcnəbilərin ciddi narazılığına səbəb olur. Çünki
23:59 Aydın Əliyev «Nehrəmli Kənan»a hansı vəzifəni vəd edib? Xaçmaz Gömrük İdarəsinin rəis müavini Kənan Məmmədov öz «qanunları» ilə işləyir Kənan Məmmədov yüksək vəzifəyə təyin olunan qohumunun adını necə hallandırır? Heç kimə sirr deyil ki, dövlət tərəfindən gömrük sistemində şəffaflığın təmin olunması, vətəndaşların xarici ölkələrə maneəsiz
15:17 MTN-dən dövlət sirri haqqında — YENİ QƏRAR Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Dekabrdan qüvvəyə minən qərarı milli təhlükəsizlik naziri vəzifəsini icra edən Mədət Quliyev imzalayıb. Qərara
14:18 Tovuz gömrüyündə ilginc olaylar... - İnhisar altındadır...  Son vaxtlar ölkə mətbuatında dərc olunan materiallarda respublikamızın gömrük keçid məntəqələrində yaşanan müxtəlif problemlərin, yer almış rüşvət və korrupsiya hallarının artdığı bildirilir. Redaksiyamıza daxil olan məlumatlarda bu kimi problemlərin daha çox müşahidə olunduğu qurumlardan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az