t s

» » "Qarabağ"dan möhtəşəm qələbə

"Qarabağ"dan möhtəşəm qələbə

2-08-2018, 08:18 Yazar:  Gülnar Baxılıb: 65 Çap et
"Qarabağ"dan möhtəşəm qələbə
Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulub.

Mediaxeberleri.az
-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edib. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olmuşdu.

Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalı idi. “Qarabağ” da bu vəzifənin öhdəsindən layiqincə gəlib.

Əvvəlcə 24-cü dəqiqədə Dani Kintana penalti zərbəsi ilə hesabı açıb. Fasilədən sonra 57-ci dəqiqədə yenə də Kintana və yenə də penaltidən hesabı 2:0-a çatdırıb. Son nöqtəni isə 89-cu dəqiqədə Delarj qoyub – 3:0.

Beləliklə də, təmsilçimiz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ”ın üçüncü mərhələdə rəqibi Belarusun BATE klubu olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:41 UEFA “Qarabağ”dan yazdı UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb. Mediaxeberleri.az “Apasport.az”a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub. Sözügedən
10:13 "Atletiko" "Barselona"nı "sındırdı" - 2:0 (Çempionlar Liqası) VİDEO Bu gecə futbol üzrə Çempionlar Liqasının bütün yarımfinal iştirakçıları müəyyənləşdi. 1/4 final mərhələsinin son oyun günündə komandalar İspaniya və Portuqaliyada üz-üzə gəlib. Gecənin əsas qarşılaşması Madriddə "Atletiko" və "Barselona" arasında baş tutub. "Erkən final" adlandırılan cütlüyün
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa
09:18 Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində 11 qarşılaşma keçirilib. Çempionlar Liqası III təsnifat mərhələsi Cavab oyunları “Astana” (Qazaxıstan) - HİK (Finlandiya) - 4:3 İlk oyun - 0:0 “QARABAĞ” (AZƏRBAYCAN) -
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az