t s

» » Ağstafada karate- do üzrə uşaqlar arasında ənənəvi yarış keçirilib

Ağstafada karate- do üzrə uşaqlar arasında ənənəvi yarış keçirilib

1-08-2018, 15:11 Yazar:  Gülnar Baxılıb: 139 Çap et
Ağstafada karate- do  üzrə uşaqlar arasında ənənəvi  yarış keçirilib
Ağstafada yay aylarında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon İcra hakimiyyətinin təşəbbüsü ilə müvafiq tədbirlər keçirilir. Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Yay kinoteatrında musiqili-əyləncəli proqramlar təşkil olunur, açıq hava şəraitində müxtəlif növ idman yarışları keçirilir, rayon Gənclər Mərkəzinin kino zalında bədii filmlər nümayiş etdirilir. 29 iyulda Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında idmanın karate-do əlbəyağa döyüş növü üzrə 8-9,10-11,12-13 yaşlı yeniyetmələr arasında ənənəvi “Ağstafa Kuboku" yarışı keçirildi. Yarış parkda istirahət edən sakinlərin də böyük marağına səbəb olmuşdur. Turnirdə Ağstafa idmançıları ilə yanaşı Qazax rayonundan dəvət almış karateçilər də iştirak etmişlər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda qaliblər müvafiq kubok və diplomlarla təltif olunmuşlar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
15:14 Gənclər günü “karate-do” növü üzrə Ağstafa rayon birinciliyi keçirildi Agstafa şəhər 2 saylı orta məktəbin idman zalında 2- fevral gənclər Gününə həsr olunmuş idman “karate-do” növü üzrə açıq Ağstafa rayon birinciliyi keçirilmişdir. Mediaxeberleri.az xəbər verir ki, yarışda Göy-göl, Qazax, Tovuz,Şəmkir, Bərdə, Gəncə, Ağstafa rayon komandalarından 80 nəfərdən çox
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az