t s

» » Ağstafada yeni bir şəhərciyin layihələndirilməsinə start verildi

Ağstafada yeni bir şəhərciyin layihələndirilməsinə start verildi

31-07-2018, 21:59 Yazar:  Gülnar Baxılıb: 85 Çap et
Ağstafada yeni bir şəhərciyin layihələndirilməsinə start verildi
Ağstafada növbəti layihə: “Ağstafa Store”, Ağstafa Avtovağzal və Ağstafa Otel kompleksləri də daxil olmaqla yeni bir şəhərciyin layihələndirilməsinə start verildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafa rayonunda irimiqyaslı abadlıq-quruculuq və sosial infrastruktur layihələrin reallaşdırılması tədbirləri uğurla icra olunmaqdadır.

Hazırda Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və əhalinin maddi rifah halının yüksəldilməsinə bilavasitə xidmət edəcək növbəti möhtəşəm sosial layihəyə start verilir. Belə ki, özündə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış mərkəzlərini birləşdirəcək “Ağstafa Store”, Ağstafa Avtovağzal və Ağstafa Otel kompleksləri də daxil olmaqla yeni bir şəhərciyin layihələndirilməsinə start verilib.

Layihənin inşaat işləri son tamamlama mərhələsində olan Ağstafa Aqrar Sənaye Kompleksinin yanında və Bakı-Qazax avtomobil magistralının kənarında, əlverişli mövqedə reallaşdırılması iqtisadi baxımdan olduqca səmərəli olacağına zəmin yaradır. Təbii ki, bu amil digər rayonlardan olan fermer və sahibkarların da öz məhsullarını Ağstafa bazarına çıxarmağa maraq yaradacaqdır. Onların gecələməsi üçün isə Ağstafa Otel Kompleksində olduqca münasib qiymətlərə yüksək şərait yaradılacaqdır. “Ağstafa Store”-da həmçinin ət kəsimi mərkəzi, iri soyuducu anbarlarda yaradılacaqdır. Artıq bazara məhsul çıxaran fermer və sahibkarlar gün ərzində sata bilmədikləri məhsullarını ucuz və rahat qaydada növbəti günlər üçün saxlaya biləcəklər. Yeni Avtovağzal Kompleksindən həmçinin rayonun yaşayış məntəqələrinə müasir tələblərə cavab verən mikroavtobuslar müvafiq marşrutlar üzrə fəaliyyət göstərəcəkdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az