t s

» » Tənha Bulud Tanrıya yaxın olan yer

Tənha Bulud Tanrıya yaxın olan yer

31-07-2018, 12:19 Yazar:  user1 Baxılıb: 57 Çap et
Tanrıya yaxın olan yer

Tut əlimdən ,qaldır məni.
Göz yaşımı topla bir-bir.
Gözlərimdən çək pərdəni,
Tanrıya yaxın olan yer.

Yer oynayır məhvərindən,
Göylər ah çəkir dərindən.
Qoy yapışım kəmərindən,
Tanrıya yaxın olan yer.

Qoyma azaq dumanında,
Qıyma itək gümanında.
Saxla bizi amanında,
Tanrıya yaxın olan yer.

Çatdır Tanrıya naməmi,
Xilqətin axtarır səni.
De ümmətin dərdlərini,
Tanrıya yaxın olan yer.

Ünün yetər ,səsin çatar
Şikayətlər qatar-qatar.
Ərzimizi ona apar,
Tanrıya yaxın olan yer.

Nurlu məkanın hardadır?
Dənizdə ,yoxsa dağdadır?
Vicdan adlı sınaqdadır
Tanrıya yaxın olan yer.
Öz içimdəki ruhdadır
Tanrıya yaxın olan yer../Tənha Bulud/ 05.05.2017.
Tənha Bulud Tanrıya yaxın olan yer








www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:11 “Tənha milyoncu”nun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir? Beş-altı il əvvələ qədər hər gün hansısa televiziyanın ona həsr etdiyi proqrama qatılıb ölkənin görkəmli adamlarının dilindən haqqında deyilən xoş sözləri qəbul edən, şeirlərinə xalq artistlərinin bəstələdiyi qatar-qatar mahnıları dinləməyə vaxt belə tapmayan, xeyriyyəçi, ədəbiyyatçı, milyonçu və
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 Qər­bi şo­ka sa­la bi­lə­cək Ru­si­ya-Tür­ki­yə qaz söv­də­ləş­mə­lə­ri... Ru­si­ya Azər­bay­can qa­zı­nın nəq­li­ni za­man­ca qa­baq­la­ya bi­lə­cək­mi? Av­ro­pa qaz ba­za­rı uğ­run­da baş­la­nan rə­qa­bət get­dik­cə da­ha kəs­kin xa­rak­ter al­ma­ğa baş­la­yır. Ha­zır­da bu rə­qa­bət əsas eti­ba­rı ilə Azər­bay­can və Ru­si­ya ara­sın­da mü­şa­hi­də olun­maq­da­dır.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az