t s

» » Bu necə sevgidir Etibar Cavad

Bu necə sevgidir Etibar Cavad

30-07-2018, 20:50 Yazar:  user1 Baxılıb: 86 Çap et
Bir yetim sevgiyə verdin pay məni,
Dərdli könullərə etdin tay məni.
Apardi gözümden axan cay məni,
Həsrəti üzündən elə cəkdim ah,
Bu necə sevgidi de, necə Allah.

Bu dəli sevdanın həsrəti ağır,
Elə bil üstümə daş- qaya yağır.
Ha səslə harayla,ha qışqır,bağır,
Tükənmir gecələr,acilmir sabah
Bu necə sevgidi de, necə Allah.

Eşq düşmən olarmı qəlbə bu qədər,
Bir sevda bir ömrü edərmi hədər?
Bir qala hörmüşəm daşı qəm,kədər,
Türbəsi məzarım olubdu vallah,
Bu necə sevgidi de, necə Allah.

Getmədi başımdan dəmi sevdanın,
Axdı yanağımdan nəmi sevdanın.
Ələndi saçıma dəni sevdanın,
Sənin dərgahına gətirdim pənah,
Bu necə sevgidi de, necə Allah.

Etibar, dərdləri düz ürəyinə,
Keçirə bilmədin söz ürəyinə,
Söylə gecə-gündüz "döz"ürəyinə,
Bir eşqin yolunda oldun müsəllah,
Bu necə sevgidi de, necə Allah.
Etibar Cavad.
Bu necə sevgidir  Etibar Cavad




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:29 Arzu GÖYTÜRK: "Mən tənha deyiləm, sirdaşımdı qəm" Arzu GÖYTÜRK (Dadaşova Arzu Ramiz qızı) 1981- ci ildə Qobustan rayonunun mərkəzində - Qobustan şəhərində (keçmiş Mərəzə) anadan olub. 1998-ci ildə H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı orta məktəbin 11- ci sinfini bitirib. Həmin il Sumqayıt Pedaqoji Seminariyasına qəbul olmuş, 2001- ci ildə
11:04 Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı…Qənirə Paşayeva Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az