t s

» » Ermənistanın keçmiş prezidenti 15 il həbs cəzası alacaq - RƏY

Ermənistanın keçmiş prezidenti 15 il həbs cəzası alacaq - RƏY

30-07-2018, 07:39 Yazar:  Gülnar Baxılıb: 90 Çap et
Ermənistanın keçmiş prezidenti 15 il həbs cəzası alacaq - RƏY
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ən azı 15 il azadlıqdan məhrum ediləcək.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə Oxu.Az-ın müxbiri ilə söhbətində rusiyalı bloqer, siyasi təhlilçi Denis Korkodinov keçmiş erməni prezident R.Koçaryanın həbsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, kifayət qədər maraqlıdır ki, barəsində 2008-ci ildə 23 fevral – 2 mart, o cümlədən martın 1-dən 2-nə keçən gecə Yerevanda baş verən hadisələrə görə cinayət təqibi başlamış Koçaryan Ermənistan CM-in 300.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətləri (zor tətbiq etməklə Ermənistanda konstitusiya quruluşunun pozulması, həmçinin Ermənistan prezidenti, parlamenti, Konstitusiya Məhkəməsi və ya hökumətin səlahiyyətlərinin Konstitusiya ilə nəzərdə tutulmayan üsulla ələ keçirilməsi) törədib.

“İstintaqın rəyinə görə, ittihamın sübut bazasının əsasında Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın 23.02.2008-ci il tarixli (0038 nömrəli) əmri, həmçinin Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş hakimi Valeri Poqosyanın “2008-ci ildə S.Sarqsyanın Ermənistan prezidenti seçilməsinin qanuniliyini tanımaq məqsədilə onlara göstərilən təzyiq haqqında” ABŞ-ın diplomatik idarəsinin əməkdaşlarına verdiyi bəyanat dayanır”, - deyə ekspert bildirib.

O vurğulayıb ki, Mikael Arutyunyanın əmrinə əsasən, 2008-ci ilin fevralında Ermənistanda faktiki olaraq hərbi vəziyyət tətbiq olunurdu və həmin dövrdə etiraz aksiyalarının iştirakçılarına qarşı odlu silahdan istifadə oluna bilərdi.

“Erməni müstəntiqlərin hesab etdiyinə görə, bu əmr Ermənistan Konstitusiyasının dinc aksiya iştirakçılarına qarşı silah tətbiqini qadağan edən 4-cü maddəsini pozurdu. Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Valeri Poqosyanın bəyanatına gəldikdə isə, o, ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Penninqtonun 07.03.2008-ci il tarixli məruzəsi sayəsində istintaqa məlum olub”, - deyə saytın həmsöhbəti bildirib.

Korkodinovun sözlərinə görə, amerikalı diplomatın həmin məruzəsində qeyd olunur ki, Konstitusiya Məhkəməsinin üzvü Valeri Poqosyan martın 6-da, axşam saatlarında gizli şəkildə ABŞ səfirliyinə müraciət edərək, prezident administrasiyası əməkdaşları tərəfindən ünvanına daxil olan təhdidləri müzakirə etmək məqsədilə evində təcili görüşün keçirilməsini xahiş edib.

“Belə görünür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Koçaryanın cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsində məhkəmədə eks-prezidentin ittiham olunduğu əməllərin cinayət tərkibini sübut etmək və bu cinayəti Ermənistana xəyanət maddəsinə tövsif etmək niyyətindədirlər.

Bununla əlaqədar olaraq, istintaqın əsas vəzifəsi Robert Koçaryanın törətdiyi əmələ dair obyektiv sübutların, faktların tapılması zərurətindən ibarətdir. Ermənistan hüquq-mühafizə orqanları əməkdaşlarının rəyinə görə, həmin əməl ağır cinayətin tərkib hissəsini formalaşdırır.

Bununla yanaşı, vəkillər A. Orbelyan və R. Saakyanın təmsil etdiyi müdafiənin əsas işi Robert Koçaryanın cinayət təqibinə məruz qoyacaq qanunun geriyə tətbiq qüvvəsinin qeyri-mümkünlüyünü sübut etməkdir.

Başqa sözlə, Ermənistanın ikinci prezidentinin vəkillərinin nəzərincə, onun siyasi müxalifətin respublikanın konstitusiya quruluşuna qarşı müəyyən planlarına aiddiyyəti olsa da, Robert Koçaryanın 2008-ci ildə törətdiyi əməllər cinayət kimi təsnifləşdirilə bilməz, çünki həmin əməllərə görə cinayət məsuliyyəti Ermənistan CM-ə 2008-ci ildən sonra qüvvəyə minmiş dəyişikliklərə əsasən yaranıb.

Buna baxmayaraq, çətin ki, Ermənistanın hüquq-mühafizə sistemi Robert Koçaryan üçün cəzanın yumşaldılmasına yol verəcək. O, böyük ehtimalla ən azı 15 il azadlıqdan məhrum olunacaq”, - deyə ekspert qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az