t s

» » "Azərişıq" ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin yarıtmaz fəaliyyəti

"Azərişıq" ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin yarıtmaz fəaliyyəti

27-07-2018, 15:25 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 275 Çap et
"Azərişıq" ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin yarıtmaz fəaliyyəti
Ağstafa Elektrik Şəbəkəsinin rəisi, Vasif İmamverdiyev tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarəti təmin etmədiyinə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliyinin icrasına laqeyd münasibət göstərdiyi üçün"Töhmət" alıb. Yenə də, öz çirkin əməllərindən əl çəkmək istəmir. Qərb RETSİ-nun xidməti ərazisində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına əməl olunmur.


Mediaxeberleri.az xəbər verir ki, "Azərişıq" ASC-nin Qərb RETSİ- yə daxil olan Ağstafa EŞ-nin rəisi İmamverdiyev Vasif Murğuz oğlu və satış şöbəsinin müdiri vəzifə səlahiyyətlərini aşaraq xidməti ərazidə öz maraqlarına üyğun qanunsuz əməllərlə məşğuldurlar.Bu yaxınlarda Azərbaycanda yaranmış elektrik enerjisi problemi nəticəsində paytaxt Bakıda və bütün rayonlarda elektrik enerjisinin verilişi dayandırılmışdı. Bu isə əhali arasında ciddi təşvişə səbəb oldu. Hadisəyə səbəb kimi Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza göstərilsə də, ancaq sözügedən problemin yaranmasında bəlkə də belə üzdəniraq məmurlar dayanır. Çünki belə kiçik “padşahlar” özlərini elə aparırlar ki, güya bunlara bu hadisənin aidiyyəti yoxdur.

Ağstafa EŞ-nin xidməti ərazisində 2017-ci ildən başlayaraq texniki şərtsiz mağazalar və yeməkxanalar var ki, bunların texniki şərtləri yoxdur. Bizə məlum olan Ağstafa rayonu Xətai kəndi ərazisində "TATAROĞLU" marketin nə sayğacı, nə də ki texniki şərti var... Bunlar bilərəkdən mağazanın işıqlandırma sistemini, marketin arxasında 50-ci illərin sonlarında tikilmiş sonradan, sökülmüş və dağıdılmış Güləbatın Hacıyevaya məxsus çörək sexinin sayğacına qoşmuşlar. Hal- hazırda "TATAROĞLU" marketin işlətdiyi enerji sərfiyyatına görə gələn bildirişlər Güləbatın Hacıyevanın adına gəlir. Hansı ki, bu marketin də bu xanıma heç bir aidiyyəti yoxdur. Maraqlıdır, niyə satışın müdiri bu qanunsuzluğa göz yumur?

Yenə də, Xətai kənd sakini abonent kodu 50299990041 Nağıyev Asifə məxsus "Qönçə Market" texniki şərtsiz və sayğacsız evindən aralı bir məsafədə hansı ki, həyatyanı torpaq sahəsinə aid olmayan bir ərazidə qanunsuz işıqlandırma sisteminə birləşdirilib.Böyük-Kəsik kənd sakini abonent kodu 50299990033 İsayeva Sənubərə məxsus yeməkxana texniki şərtsiz və ev sayğacına qoşulub. Yeməkxana vağzal ərasisində yerləşir. Muğanlı kənd sakini abonent kodu 50299990043 Osmanov Nurəddinə məxsus mağaza da texniki şərtsiz ev sayğacına birləşdirilib. Saloğlu qəsəbə sakini abonent kodu 50299990049 Alıcanov Şərifə məxsus mağaza texniki şərtsiz ev sayğacına birləşdirilib.

Elektrik enerjinin qəfil kəsilməsi ilə ölkədə müxatəlif təxribatlar yaratmaq mümkündür. İstənilən zaman fors-major hadisələr baş verə bilər. Normaldır. Ancaq baş verən hadisə bir ölkənin saatlarla qaranlığa qərq olmasına şərait yaradırsa, bu böyük təhlükədir. Azərbaycan hazırda müharibə şəraitində yaşayan bir ölkədir. Fors-major hallara qarşı ikiqat məsuliyyətli və hazırlıqlı olmalıyıq. Əbəs yerə deyil ki, düşmən Ermənistan rəhbərliyi hər dəfə Azərbaycanı Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla hədələyir. Buna görə də Azərbaycan dövləti Mingəçevir Su Elektrik Stansiyasının və digər strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasına xüsusi əhəmiyyət verir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az