t s

» » İrəvan Kremlə qarşı həmlə başlatdı: Nikolu kim qızışdırır?

İrəvan Kremlə qarşı həmlə başlatdı: Nikolu kim qızışdırır?

25-07-2018, 11:46 Yazar:  İlham Baxılıb: 29 Çap et
İrəvan Kremlə qarşı həmlə başlatdı: Nikolu kim qızışdırır?
Artıq Paşinyanın mahiyyəti açılmaqdadır.

Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan baş nazir seçildikdən sonra əvvəlcə Rusiyaya getdi və Putinlə görüşdü:

“Görüşdə o, Rusiya ilə münasibətlərin dəyişilməz olaraq qalacağını bəyan etdi. Bunun ardınca Brüsselə səfər edən Paşinyan NATO-nun zirvə sammitinə qatıldı. Baş nazir seçilənə qədər Paşinyan və onun tərəfdarları ya deputat idi, ya da sadə xalqın nümayəndəsi və onlar o zaman antirusiya meyillərinin daşıyıcıları sayılırdı. Hətta bu şəxslər açıq-aşkar Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması, İrəvanın KTMT-dən çıxması kimi şüarları çəkinmədən cəmiyyətdə və mətbuatda səsləndirirdilər. Paşinyan baş nazir seçildikdən sonra bir müddət özünü təmkinli apardı və öz baxışlarını müəyyən qədər gizlətməyə çalışdı. Amma Brüssel səfərindən sonra Paşinyan və onun tərəfdarlarından biri olan müdafiə naziri Tonoyan boxçada nə varsa, hamısını açıb-tökməyə başladı. Onlar ilk olaraq, Ermənistanın sərhədlərini qoruyan Rusiya Sərhəd Qoşunlarının Ermənistandan çıxarılmasını tələb etdilər. Bu tələb bu gün açıq surətdə Rusiya tərəfinə göndərilib. Onlar belə hesab edirlər ki, müstəqilliyin birinci atributu dövlətin öz sərhədlərini qoruma potensialına sahib olmasıdır. Bu nöqteyi-nəzərdən bu gün gündəmdə duran əsas məsələlərdən birincisi sərhədlərin erməni sərhədçiləri tərəfindən qorunmasını dövlətin öz üzərinə götürməsidir”.

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistanda iki böyük hərbi bazası var:

“Gümrüdə yerləşən hərbi baza Rusiyanın Cənubi Qafqazda saxladığı ən böyük baza hesab olunur. Son vaxtlar bu baza ilə bağlı əhali ilə rus qoşunları arasında ciddi ixtilaflar əmələ gəlir. Yəni əhali Gümrü hərbi bazasının önündə sistemli şəkildə mitinqlər keçirərək, rus qoşunlarının Ermənistandan çıxarılmasını tələb edirlər. Hökumət, xüsusilə Paşinyan özünü elə göstərir ki, guya bu aksiyalar kor-təbii surətdə baş verir. Amma hökumət buna ögey münasibət bəsləsə, ən azından mitinqlərin qarşını alar. Əgər bunu etmirsə, deməli, hökumət də xalqın düşündükləri ilə razıdır. Hətta ola bilər ki, bu düşüncələri xalqa transfer edən elə hökumətin özüdür. Gümrü hərbi bazasında əhali ilə rus hərbçiləri arasında baş verən iğtişaş sanki Rusiyanın Ermənistana mesajı idi”.

Politoloq erməni əhali arasında rus qoşunlarının Ermənistandan çıxarılması tələbinin getdikcə genişlənməsinin səbəblərinə də aydınlıq gətirib:

“Erməni əhalisi etiraz edir ki, rus qoşunları əvvəl Azərbaycandan, sonra isə Gürcüstandan çıxarılıb. Ermənistanda qoşunların qalmasına görə də əhali etiraz edir. Bu şəraitdə Ermənistanda əvvəlcədən mövcud olan antirusiya əhval-ruhiyyəsi özünün pik səviyyəsinə çatıb. Rusiya mətbuatında da bəzi politoloqların və siyasətçilərin buna qarşı ciddi reaksiyalarının şahidi oluruq. Onlar açıq surətdə ermənilərə eyham vururlar ki, əgər siz rus bazalarına qarşı bu cür əhvalı davam etdirsəniz, Rusiya da Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonların geriyə qaytarması istiqamətində aparacağı fəal hərbi əməliyyata etinasız yanaşacaq”.

Politoloq vurğulayıb ki, ermənilər hələ ki, eyforiyadadırlar:

“Ola bilsin ki, Qərbin müəyyən dairələri tərəfindən İrəvan daha da çılğınlaşdırılır və onları qızışdırma prosesi gedir. Amma bu proseslər Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir göstərir. Elə bir məqam gəlib çata bilər ki, ruslar Ermənistana qarşı sadəcə bir kənddə deyil, bütün Ermənistanda irimiqyaslı cəza tədbirləri həyata keçirər”.

Politoloq bildirib ki, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlar həyata keçirməsinə mane olan Rusiyadır:

“Rusiya Bakıya imkan versə, Azərbaycan öz torpaqlarını qısa müddətdə geri qaytaracaq. Bu gün Rusiyada Azərbaycanı öz ərazi bütövlüyünü təmin etməyə təhrik edən bəzi çıxışlar səsləndirilir. Rusiyanın Azərbaycana bu mövzuda yaşıl işıq yandırması Azərbaycana hava, su kimi lazımdır. Rusların proseslərə müdaxilə etməyəcəyinə 100% əmin olduqdan sonra ərazi bütövlüyü məsələsinin aktuallaşması an məsələsi olacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az