t s

» » "Birləşəcək Azərbaycan !" - Tural İRFANdan yeni şeir

"Birləşəcək Azərbaycan !" - Tural İRFANdan yeni şeir

19-07-2018, 11:56 Yazar:  memmed memmedov Baxılıb: 53 Çap et
"Birləşəcək Azərbaycan !" - Tural İRFANdan yeni şeir


Azərbaycan –
gültək açan,
alov saçan
sönməz odum,
Ana yurdum!

...Bakı mənəm,
Şəki mənəm.
Təbriz mənəm,
Tiflis mənəm,
Gəncə mənəm,
Göyçə mənəm.
Dərələyəz,
Vedi mənəm,
hər şəhəri
kəndi mənəm
Vətənimin...

İrəvanam
Mil-Muğanam,
mən Şirvanam
Naxçıvanam.
Ərdəbiləm,
Qubadlıyam,
ər bəbirəm
qurd adlıyam!
Dərbənd mənəm,
Kəlbəcərdə
sərvət mənəm.
Qarabağtək
bir dərd mənəm.

Koroğluyam,
Beyrək mənəm.,
Cavanşirəm,
Babək mənəm.
İsmayılam –
istəyirəm ayılam,
seçilib sayılam,
dünyaya yayılam
Koroğlunun nərəsiylə,
Babəkimin haqq səsiylə,
Nəsiminin naləsiylə...

Parçalanan
Xocalıyam,
ağrılıyam,
acılıyam...
mən Fəridəm,
Mübarizəm,
azadlıqdı
mübarizəm!

bu Millətin
mərdi mənəm.
bu Millətin
dərdi mənəm –
həmdərdi mənəm.
bu Millətin
yurdu mənəm...
Mənim kimi
parçalanıb,
qəlbim kimi
parçalanıb.,
tikələnib
haçalanıb,
güllələnib
bacalanıb...

Ümid elə
Tural İrfan;
gələcəkdir
O, Turk doğan!
Arazlaşıb
Kürləşəcək,
Haqq yerinə
yerləşəcək.
Gün gələcək
AZƏRBAYCAN
birləşəcək,
ürəyimə yerləşəcək.
Parçalanan
ürəyim də
birləşəcək.
Kükrəyib
coşub birdən
qalxacaqdır,
tarixinə
öz kökünə baxacaqdır.
Su axdığı yerdən
bir də axacaqdır...

Qurd olacaq,
tələlərdən
cabalayıb
qurtulacaq
Azərbaycan!
Şir olacaq –
nərə cəkib
qəfəsindən
çıxacaq.,
hürr olacaq
sərhədləri yıxacaq,
bir olacaq
Azərbaycan!

...Umid elə
Tural İrfan –
birləşəcək
AZƏRBAYCAN!!!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
19:24 Babəkin edam olunmasının ildönümü qarşısında Babəkin edam olunmasının ildönümü qarşısında (Babək martın 14-də edam olunub) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün “Türkel Araşdırma Qurumu”, hər vaxt ulusal dəyərlərimizi qoruyan, bu dəyərlərlə bağlı öz sevgisini, münasi­bətini ortaya qoyan aydınları yenidən bir
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az