t s

» » "Quran"ı təhqir Cinayət Məcəlləsinə salınsın" - İlahiyyatçıdan TƏKLİF

"Quran"ı təhqir Cinayət Məcəlləsinə salınsın" - İlahiyyatçıdan TƏKLİF

8-06-2018, 18:54 Yazar:  Aysel Baxılıb: 240 Çap et
"Quran"ı təhqir Cinayət Məcəlləsinə salınsın" - İlahiyyatçıdan TƏKLİF“Bəziləri populyarlıq xatirinə cəmiyyətdə istedadları ilə önə çıxa bilmədiklərini görüb guya qeyri-adilik nümayiş etdirirlər. Dinimizi, peyğəmbəri, Quranı təhqir etməklə yaddaşlarda qalmaq istəyənlər təəssüf ki, artıb”.

Mediaxeberleri.az
xəbər verir ki, bunu Cebhe.info-ya ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, təhqir edənlər yaddaşda qalsalar da, mənfi və çox pis obrazda qalacaqlar:

“Adını şair qoyanlar var ki, ortaya çıxası bir şeri olmadığına görə, ya reklam etdiyi araq butulkaları ilə, ya uydurma statuslar paylaşmaqla, hətta arada öz doğmalarını söyməklə, ya pozğun lətifələrlə, ya da dahilərə daş atmaqla yadda qalmaq istəyirlər. Bəziləri də İslamı təhqir etməklə... Çünki cəzasızlıqlarını qabaqcadan bilirlər. Bilirlər ki, Quranı təhqir etməklə, Babəki, Xətaini, Xəlil Rzanı, Səməd Vurğunu aşağılamaqla heç bir məsuliyyətə cəlb edilməyəcəklər. Ona görə də, təklif edirəm ki, tarixi şəxsiyyətlərimizi, milli-mənəvi dəyərlərimizin fonunda xalqımızın etiqad mənbəyi sayılan dinimizi, dövlət başçısının belə andiçmələrində əlini basdığı müqəddəs Qurani-Şərifi, dövlət dinimizin bütün xüsusiyyətlərinin məcmusunu və ya hər hansı bir cüzünü təhqir etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq müddəalar Cinayət Məcəlləsinə əlavə edilsin”.

Yeganə Oqtayqızı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
20:50 "Quran"da yeni möcüzə: İmam Əli haqqında sirli faktlar İlahi kitabımız olan "Qurani-Kərim" möcüzələr kitabıdır. Bu kitabda saysız elmi-qeybi məlumatlar mövcuddur. Zaman-zaman bu əlamətlər bəzi üləmanın, hətta Qərb elm adamlarının vasitəsi ilə ortaya çıxarılmışdır. Hətta bir çoxunun islamı qəbul etməsinə vəsilə olmuşdur. Riyazi dəqiqlıklər, fizikaya,
11:43 Lui Araqon: "Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır" Azərbaycanın ən böyük şairi Səməd Vurğundu. Müasir Azərbaycan türkcəsində poeziyamızı ən yüksək zirvəyə Səməd Vurğun qaldırıb. Səməd Vurğunun şeirlərindəki yüksək energetika heç bir şairdə yoxdur. Səməd Vurğun şeirlərini oxuyan insan qanad çalıb əngin fəzalarda uçmaq, Azərbaycanı seyr etmək
09:53 Tural İRFAN Fazil Mustafanın Səfəvi kinindən yazır.. Azərbaycan Yazıçılar Birliyinin ,Jurnalistlər və Aşıqlar birliklərinin , Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət şurasının üzvü, Axcp sədri Razi Nurullayevin Dini Məsələlər Üzrə Müşaviri, ilahiyyatçı - yazar Tural İRFAN son zamanlar gündəmdə olan " Fazil Mustafa -- Şah Xətai " məsələsinə
19:24 Babəkin edam olunmasının ildönümü qarşısında Babəkin edam olunmasının ildönümü qarşısında (Babək martın 14-də edam olunub) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün “Türkel Araşdırma Qurumu”, hər vaxt ulusal dəyərlərimizi qoruyan, bu dəyərlərlə bağlı öz sevgisini, münasi­bətini ortaya qoyan aydınları yenidən bir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az