t s

» » Efirdə növbəti biabırçılıq: yenə Rövşanənin verilişində-VİDEO

Efirdə növbəti biabırçılıq: yenə Rövşanənin verilişində-VİDEO

8-06-2018, 14:11 Yazar:  Eldar Baxılıb: 295 Çap et
Efirdə növbəti biabırçılıq: yenə Rövşanənin verilişində-VİDEO
ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” proqramında böyük bir qalmaqal yaşanıb.

Rövşanə Ağasəfqızının aparıcılıq etdiyi verilişdə məşqçi Taleh Qəhrəmanovla rəqqasə Simona Əmir arasında əlbəyaxa dava olub.

Buna səbəb isə rəqqasənin çıxışı zamanı məşqçi qulaqcıq taxaraq mahnıya qulaq asması olub. O, oriyental rəqsi bəyənmədiyini, Simonaya baxmaq istəmədiyini bildirib.

Rəqqasə isə Talehin tərbiyəsiz olduğunu söyləyib. Onun bu addımı Talehi özündən çıxarıb və Simonun üstünə suyu töküb. Bu isə tərəflər arasında davaya səbəb olub.

Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər kəs qonaqlardan çox aparıcı Rövşanəni tənqid edib. Özünü hər dəfə filologiya elmləri namizədi kimi təqdim edən aparıcının efirdə süni şou yaratması, reytinq üçün qonaqlar arasında münaqişəyə yol verməsi izləyiciləri əsəbiləşdirib.

Tez-tez müsahibələrində peşəkarlıqdan bəhs edən Rövşanə proqramının son buraxılışlarını bayağı qalmaqal üzərində qurub.

Çoxlarının tanımadığı, ancaq qalmaqallarına görə gündəmə gələn “məşhur”ları efirə çıxararaq reytinq yığan məşhur hər dəfə mediada və sosial şəbəkələrdə sərt tənqid olunur. Ağasəfqızı isə reaksiyalardan nəinki nəticə çıxarır, səbəb olduğu süni şou ilə tamaşaçıları daha da təəcübləndirir.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:21 Eldar Quliyevin həyat yolu, xidməti və fəaliyyəti 1958-ci ildə Laçın rayonunda anadan olmuşdur.1977-ci ildə Gəncə şəhər baza inşaat texnikomunu, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı İnsitutunu (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti ) bitirmişdir.1977-1979-cu illərdə hərbi xidmərdı olmuşdur.SOV.İKP.MK-nin 16 mart, Azərb. KP.
15:00 Mingəçevirdə qayınanaya qarşı görünməmiş ƏXLAQSIZLIQ Qayınanasını zorladığı üçün həbs edilən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, Taleh Səfərov 11 aprel 2016-cı ildə saat 18:00 radələrində qaynı Radiq Səlimov (ad və soyad şərti verilib) ilə
13:43 Uşağına görə özünü yandıran atanın evindən – REPORTAJ “Deyirdi ki, mən necə atayam ki, bir uşağa, ailəmə baxa bilmirəm”. Bakıda 23 yaşlı gəncin özünə od vuraraq intihar etməsi xəbəri hər kəsi dəhşətə gətirib. Ailəli olan Taleh Ömərli yaşadığı mənzildə üstünə benzin tökərək özünü yandırıb. Həm də ailə üzvlərinin və qonşularının gözü qarşısında...
10:53 Oriyental Aytən: “300-400 manatla razılaşsam, gündə...” Çox iddialıdır. Onun sözlərinə inansaq, bir neçə ildən, yəni o, Türkiyəyə köçəndən sonra ölkəmizdə oriyental rəqsin “bazarı bağlanacaq”. Publika.az-ın qonağı “oriyental Aytən” kimi tanınan oriyental rəqslərin mahir ifaçısı Aytəndir. - Yayın oğlan çağındayıq. İstirahətiniz necə keçir? - Əla.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az